BolgeXeber.Com » İdman » Şəhriyar Məmmədyarov Karyakinə də məğlub oldu

Şəhriyar Məmmədyarov Karyakinə də məğlub oldu

22-06-2018, 15:44
Oxunub: 3 337 Şəhriyar Məmmədyarov Karyakinə də məğlub olduŞahmat üzrə “Grand Chess Tour” seriyası davam edir

Bolgexeber.com apasport.az-a istinadən xəbər verir ki, Fransanın paytaxtı Parisdə keçirilən II mərhələdə daha 2 tur oynanılıb.
Rapid növü üzrə görüşlərdə azərbaycanlı Şəhriyar Məmmədyarov qələbə qazana bilməyib. Sergey Karyakinə (Rusiya) uduzan həmyerlimiz Fabiano Karuana (ABŞ) ilə heç-heçə oynayıb.
Nəticədə VI turdan sonra 4 xalı olan Məmmədyarov Vladimir Kramnik (Rusiya) və Maksim Vaşye-Laqravlə (Fransa) 7-ci yerə şərikdi. Birinci pillədə qərarlaşan Uesli So təmsilçimizi 5 xal qabaqlayır.
Rapid növü üzrə matçlar bu gün baş tutacaq 3 turla başa çatacaq.
İyunun 23-də və 24-də isə blits növü üzrə görüşlər keçiriləcək