BolgeXeber.Com » İdman » DÇ-2018: İsveçrə son dəqiqədə vurulan qolla Serbiyanı məğlub edib-VİDEO

DÇ-2018: İsveçrə son dəqiqədə vurulan qolla Serbiyanı məğlub edib-VİDEO

23-06-2018, 09:39
Oxunub: 3 585 DÇ-2018: İsveçrə son dəqiqədə vurulan qolla Serbiyanı məğlub edib-VİDEOİsveçrə millisi DÇ-2018-in E qrupunun II tur matçında Serbiya komandasını məğlub edib.

“Report” xəbər verir ki, Kalininqradda baş tutan görüş 2:1 hesabı ilə başa çatıb.

İsveçrənin qələbə qolunu 90-cı dəqiqədə yarımmüdafiəçi Şerdan Şakiri vurub.

İsveçrə yığması aktivində 4 xalla E qrupunda 2-ci, Serbiya isə 3 xalla 3-cü yerdədir.

Son turda İsveçrə Kosta-Rika ilə, Serbiya isə Braziliya ilə qarşılaşacaq.

DÇ-2018 – final mərhələsi. E qrupu. 2-ci tur

Serbiya – İsveçrə - 1:2

Qollar: 1:0 – Mitroviç – 5, 1:1 – Caka – 52, 1:2 – Şakiri – 90