BolgeXeber.Com » Sosial » Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb - FOTO

Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb - FOTO

23-06-2018, 10:56
Oxunub: 3 012 Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb - FOTOAzərbaycanda daha bir bağçada körpəyə qarşı şiddət göstərilib.

Bolgexeber.com qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Feysbuk sosial şəbəkəsində məlumat və fotolar yayılıb.

Məlumata görə, hadisə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında baş verib.

Qeyd olunur ki, bağçada işləyən Gülnarə adlı müəllimə Sara adlı 1 yaş 6 aylıq körpənin üzünə dağ basıb. Valideyn uşağın bu halını görüb şikayət edərkən müəllimə deyib ki, "uşaq uşağın üzünü dişləyib, soyuq su əvəzinə isti su qoyulub deyə sifəti pis görkəmə düşüb".

Bildirilir ki, uşağı ekspertizaya aparıblar və orada müəyyən olunub ki, üzdə olan 2-ci dərəcəli yanıqdır və dəmir alətlə olub.

"Valideyn bağçada olan kamera görüntülərini tələb etsə də, müşahidə kameralarının görüntüləri gizlədilib", - deyə məlumatda vurğulanır.

Qeyd edək ki, iş vaxtı olmadığı üçün sözügedən bağçadan münasibət öyrənmək mümkün olmadı.

Mövzunu diqqətdə saxlayacağıq.
Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb - FOTO
Daha bir bağçada körpəyə qarşı şiddət - Üzünə dağ basılıb - FOTO