BolgeXeber.Com » Ölkə » Gəncədə uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, müdirə töhmət verilib

Gəncədə uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, müdirə töhmət verilib

23-06-2018, 11:56
Oxunub: 3 001 Gəncədə uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, müdirə töhmət verilibGəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, bağça müdirinə töhmət verilib.

Bunu "Report"un Qərb bürosuna Gəncə Şəhər İcra Hakimiyyətindən bildiriblər.

Məlumata görə, bağçanın tərbiyəçisi İsmayılova Gülnarə Qəzənfər qızı və sanitar dayəsi Zeynalova Solmaz Hüseyn qızı işdə yol verdikləri səhlənkarlığa görə Əmək Məcəlləsinin 72.e bəndinə əsasən işdən çıxarılıblar.

Bağçanın müdiri Günay İsmayılovaya töhmət verilib.

Məlumata görə, baxçanın böyük tibb bacısı uşağa ilk yardım göstərərək dərhal zədələmiş yerə perekslə kompres qoyub. Daha sonra körpə xəstəxanaya aparılaraq ilkin tibbi yardım göstərilib, körpənin yarası yüngül olduğu üçün evə buraxılıb.

Qeyd edək ki, sosial şəbəkədə Gəncə şəhərində yerləşən 31 saylı uşaq bağçasında Mustafazadə Sara adlı körpənin üzünə dağ basılması ilə bağlı məlumat yayılıb və şəkillər paylaşılıb. Bağça rəhbərliyi uşağın üzünə dağ basılması iddiasını təkzib edərək, uşağın üzünü digər bağça yoldaşı Hüseyn Əliyevin dişlədiyini bildirib.
Gəncədə uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, müdirə töhmət verilib
Gəncədə uşaq bağçasında körpənin xəsarət almasına görə iki nəfər işdən çıxarılıb, müdirə töhmət verilib