BolgeXeber.Com » Xəbərlər » Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcək

23-06-2018, 14:01
Oxunub: 2 621 Bəzi yerlərdə yağış yağacaq, leysan olacaq, dolu düşəcəkEkologiya və Təbii Sərvətlər Nazirliyi (ETSN) ölkədə hava şəraitinin dəyişəcəyi ilə bağlı xəbərdarlıq edib

ETSN-dən verilən məlumata görə, iyunun 25-dən 26-sı gündüzədək Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin arabir güclənəcəyi gözlənilir.

Eyni zamanda, iyunun 24-26-da bəzi şimal və qərb rayonlarında şimşək çaxacağı, arabir yağış yağacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.