BolgeXeber.Com » Siyasət » Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEO

Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEO

25-06-2018, 09:24
Oxunub: 2 704 Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində qalib gəlib - VİDEOTürkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan prezident seçkilərində səslərin mütləq əksəriyyətini qazanıb.

“Report” xəbər verir ki, bunu bazar ertəsi Yüksək Seçki Şurasının (YSŞ) rəhbəri Sədi Güvən deyib.

"Nəticələrə görə, cənab Rəcəb Tayyib Ərdoğanın etibarlı səslərin əksəriyyətini qazandığı aydın olur", - deyə o bildirib.

Güvən həmçinin qeyd edib ki, seçkilərin nəticələri ilə bağlı hələ ki, heç bir etiraz daxil olmayıb.

YSŞ sədrinin sözlərinə görə, seçkilərdə seçici sayı 56 milyon 352 min 652 nəfər təşkil edib.