BolgeXeber.Com » Xəbərlər » Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI

Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHI

25-06-2018, 15:31
Oxunub: 2 069 Sabah paradda bu silahlar ilk dəfə göstəriləcək - SİYAHISabah - iyunun 26-da Azərbaycan Ordusunun yaranmasının 100 illik yubileyi qeyd olunacaq

Bununla əlaqədar Bakıdakı Azadlıq meydanında hərbi parad keçiriləcək. Bu parad cəmiyyət tərəfindən böyük maraqla gözlənilir.

Müdafiə Nazirliyi Ordumuzun 100 illiyi münasibəti ilə keçiriləcək paradla bağlı mətbuata açıqlama verməyib. Lakin bu dəfə də silahlı qüvvələrimizin yerli istehsal olan silahlarla yanaşı, son 5 ildə alınan yeni texnikanın da nümayiş etdiriləcəyi bildirilir.


Paradda ilk dəfə olaraq bir sıra yeni hərbi texnika və təzə silah-sursat nümayiş olunacaq.


Bunlardan bəzilərinin adlarını təqdim edirik:


1. “Xrizantema-S” özüyeriyən TƏİR kompleksi;

2. BTR-82A;

3. “Dana” özüyeriyən artilleriya sistemi;

4. “SandCat” bazasında “Spike-ER” raketləri;

5. “Polonez” artilleriya sistemi;

6. “İdırım” ZRK;

7. “Spear Mk.2” minaatanı və s.


Qeyd edək ki, müstəqil Azərbaycanda ilk hərbi parad 1992-ci ilin oktyabrın 9-da baş tutub. 2008-ci il iyunun 26-da Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda ikinci, 2011-ci il iyunun 26-da üçüncü, 2013-cü il iyunun 26-da isə dördüncü hərbi parad keçirilib.(Modern.az)