BolgeXeber.Com » Siyasət » Virtual karabakhyuxarı AŞPA-ya prezident seçildi

Virtual karabakhyuxarı AŞPA-ya prezident seçildi

25-06-2018, 15:40
Oxunub: 2 678  Virtual karabakhyuxarı AŞPA-ya prezident seçildiAŞPA bu il ərzində beşinci dəfə assambleyanın prezidentini seçib. Bu vəzifəyə isveçli parlamentari Lilian Mori Paskyenin namizədliyi təsdiqlənib.

Bolgexeber.com “RİA Novosti” agentliyinə istinadla xəbər verir ki, o, pu posta yeganə namizəd olub.

Assambleyanın sabiq sədri Mikele Nikoletti İtaliyadakı seçkilərdə məğlub olduqdan sonra istefa verib. Onun siyasi partiyası Paskyeni bu vəzifəyə seçib.

Ötən il AŞPA ispaniyalı Pedro Aqramuntu Suriyaya səfər etdiyinə görə istefaya göndərmişdi. Yeni sədr seçilənədək onun vəzifələrini britaniyalı Rocer Qeyl icra edib.

Oktyabrın ortalarında Aqramuntun siyasi qrupundan Stella Kiriakides AŞPA prezidenti seçilib. Yanvarda sədrlik sosialistlərə keçdiyi zaman AŞPA-ya Mikele Nikoletti başçılıq edib.