BolgeXeber.Com » Siyasət » Azərbaycanlı nazir müavini Yerevanda – FOTO

Azərbaycanlı nazir müavini Yerevanda – FOTO

27-06-2018, 14:54
Oxunub: 3 201 Azərbaycanlı nazir müavini Yerevanda – FOTOErmənistanın paytaxtı Yerevanda Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Xarici İşlər Nazirləri Şurasının 38-ci iclası başlayıb.

“Report” xəbər verir ki, iclas zamanı iştirakçılar bu qurumun fəaliyyətinin səmərəliliyinin yüksəldilməsi və layihə əməkdaşlığının genişləndirilməsi yolları ilə bağlı fikir mübadiləsi aparacaqlar.

Eyni zamanda Ermənistanın QDİƏT-dəki altıaylıq sədrliyi başa çatacaq və sədrlik rotasiya qaydalarına əsasən, 2018-ci ilin iyulundan dekabr ayına qədər Azərbaycana keçəcək.

Azərbaycanı iclasda xarici işlər nazirinin müavini Mahmud Məmmədquliyev təmsil edir.

Qeyd edək ki, QDİƏT 1999-cu ildə yaradılıb və tərkibinə 12 dövlətdən daxildir: Azərbaycan, Albaniya, Ermənistan, Bolqarıstan, Yunanıstan, Gürcüstan, Moldova, Rusiya, Rumıniya, Serbiya, Türkiyə və Ukrayna.