BolgeXeber.Com » Xəbərlər » Birinci vitse-prezidentin köməkçilərinin sayı artırıldı

Birinci vitse-prezidentin köməkçilərinin sayı artırıldı

27-06-2018, 16:59
Oxunub: 1 772 Birinci vitse-prezidentin köməkçilərinin sayı artırıldıAzərbaycanın Birinci vitse-prezidentinin köməkçilərinin sayı artırılıb.

Bolgexeber.com apa-ya istinadən xəbər verir ki, bu, prezident İlham Əliyevin “Azərbaycan Respublikası Prezidentinin Administrasiyasının strukturunun təsdiqi və işçilərinin say həddinin müəyyən edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2017-ci il 30 may tarixli 2922 nömrəli sərəncamında dəyişikliklər edilməsi barədə” sərəncamda əksini tapıb.

Dəyişikliyə əsasən, Birinci vitse-prezidentin köməkçilərinin sayı 5-dən 6-ya qaldırılıb.

Birinci vitse-prezidentin işlərinin təminatı sektorunda isə işçi ştatının sayı 9 ştatdan 14 ştata qədər artırılıb.

Qeyd edək ki, hələlik Birinci vitse-prezidentin 4 köməkçisi təyin edilib.

Bunlar Anar Ələkbərov, Yusif Məmmədəliyev, Elçin Əmirbəyov və Gündüz Kərimovdur.