BolgeXeber.Com » Xəbərlər » “Bir qarış da torpağımız düşmən işğalında qalmayacaq”

“Bir qarış da torpağımız düşmən işğalında qalmayacaq”

27-06-2018, 17:28
Oxunub: 2 266 “Bir qarış da torpağımız düşmən işğalında qalmayacaq”“Silahlı Qüvvələrimizin paradı, həmin parad zamanı Ali baş komandanın səsləndirdiyi fikirlər, nümayiş edilən hərbi texnika, torpaqlarımızı erməni işğlından azad edəcək qoşun növlərinin dalğalanan bayraqları Qarabağın azad ediləcəyi ilə bağlı xalqın ümidlərini daha da artırdı”

Bunu Moderator.az-a açıqlamasında millət vəkili, Mətbuat Şurasının sədri Əflatun Amaşov bildirib. Millət vəkili qeyd edib ki, SQ-in dünənki paradı xalqın orduya və Qarabağın azadlığına olan inamını daha da yüksəltdi:

“Xalqımız bir daha əmin oldu ki, bir qarış torpağımız belə düşmən işğalı altında qalmayacaq. Dünənki parad bu gerçəyi bir daha sübut etdi. Əgər torpaqlarımızın sülh yolu ilə azad edilməsi cəhdləri səmərə verməsə, o zaman müzəffər Azərbaycan Ordusu bu missiyanı həyata keçirəcək, ərazi bütövlüyümüzü təmin edəcək”.“Bir qarış da torpağımız düşmən işğalında qalmayacaq”