BolgeXeber.Com » İdman » Braziliya və İsveçrə 1/8 finalda - VİDEO

Braziliya və İsveçrə 1/8 finalda - VİDEO

28-06-2018, 09:30
Oxunub: 3 939 Braziliya və İsveçrə 1/8 finalda - VİDEORusiyanın ev sahibliyi etdiyi futbol üzrə dünya çempionatında “E” qrupunun oyunlarına yekun vurulub.

Oxu.Az xəbər verir ki, Moskvanın “Otkriti” stadionunda Serbiya millisi Braziliya yığması ilə qarşılaşıb. Matçda qalib tərəf Braziliya olub. Oyun 0:2 hesabı ilə başa çatıb.

Qollar: Paulinyo (36-cı dəq.), Silva (68-ci dəq.)

Nijni Novqorodda isə paralel olaraq Kosta Rika təmsilçiləri İsveçrə yığması ilə münasibətlərinə aydınlıq gətirməyə çalışıb. Gərgin mübarizə şəraitində keçirilən oyunda 2-2 hesablı bərabərlik qeydə alınıb.

Qollar: Cemaili (31 dəq.), Vaston (56-dəq), Drmiç (88 dəq.), Ruiz - penalti (90+3)

Beləcə qrupdakı yekun nəticələrə əsasən Braziliya yeddi xalla qrupdan birinci, İsveçrə isə beş xalla ikinci yerdə çıxıb.

Qeyd edək ki, 1/8 mərhələdə Braziliya Meksika yığması ilə, İsveç isə İsveçrə ilə qarşılaşacaq.