BolgeXeber.Com » Dünya » Türkmənistan 40 yaşa qədər vətəndaşlarını xaricə buraxmayacaq

Türkmənistan 40 yaşa qədər vətəndaşlarını xaricə buraxmayacaq

28-06-2018, 16:08
Oxunub: 3 907 Türkmənistan 40 yaşa qədər vətəndaşlarını xaricə buraxmayacaqTürkmənistan hökuməti 40 yaşa qədər olan ölkə vətəndaşlarını xaricə buraxmayacaq.

Türkmənistan hökuməti 40 yaşdan aşağı şəxslərin ölkəni tərk etməsinə qadağa qoyub.Bolgexeber.com xəbər verir ki, bununla bağlı “Azadlıq Radiosu”nun yerli bürosu məlumat verib.

Bildirilib ki, bəzi sakinlər miqrasiya xidmətinə turistik vizaları almaq üçün müraciət ediblər. Məmurlar viza verilməməsinin səbəblərini açıqlamayıblar.

“Miqrasiya idarəsinin əməkdaşları bildiriblər ki, yuxarıdan verilən tapşırıq əsasında yaşı 40-dan aşağı olan şəxslərin ölkədən çıxışına qadağa qoyulub.

Qadağanın səbəbləri açıqlanmır. Onlar dedilər ki, hamınız getsəz, bəs kim işləyəcək”, – radioya danışan sakinlər bildiriblər.

Miqrasiya idarəsinin nümayəndələri informasiyanı təsdiq və ya təkzib etməyib.

Türkmənistan hökuməti və KİV-ləri də qadağa ilə bağlı heç bir rəsmi məlumat yaymayıb.