BolgeXeber.Com » İqtisadiyyat » Avqustun ilk hərracına müxtəlif sahələrə aid dövlət əmlakları çıxarıldı

Avqustun ilk hərracına müxtəlif sahələrə aid dövlət əmlakları çıxarıldı

9-07-2018, 13:10
Oxunub: 2 612 Avqustun ilk hərracına müxtəlif sahələrə aid dövlət əmlakları çıxarıldıƏmlak Məsələləri Dövlət Komitəsi məkan anlayışı olmadan vaxta qənaəti təmin edərək hərrac proseslərini vətəndaşlara təklif edir

Bolgexeber.com bildirir ki,özəlləşdirmə sahəsində elektron hərrac sistemi xidmətlə vətəndaş arasındakı məsafəni aradan qaldırır, effektivliyi və optimallığı təmin edir. Elektron formada seçim, sifariş və onlayn iştirak prosedurları investorların prosesdə iştirak etmə imkanını genişləndirərək ictimai marağı artırır.
Komitə tərəfindən növbəti hərrac avqust ayının 7-də baş tutacaq. Qeyd edək ki, avqustun ilk hərracına 44 dövlət əmlakı çıxarılıb. Budəfəki hərracda investorlar 17 səhmdar cəmiyyəti, 12 kiçik dövlət müəssisə və obyekti, 15 qeyri-yaşayış sahəsi arasında seçim edə biləcək.
Təmir-tikinti, sənaye, aqrar, nəqliyyat, inşaat, istehsal və s. sahələrə aid səhmdar cəmiyyətləri Şirvan, Bərdə, Zaqatala və digər rayonlarda yerləşir. Qeyd edək ki, səhmdar cəmiyyətlərin səhm paketləri nizamnamə kapitalının 30-45%-ni təşkil edir. Şirvan şəhəri, Salyan şossesində yerləşən “Anar” Açıq Səhmdar Cəmiyyətinin nizamnamə kapitalı 605 min 138 manatdır. Səhmlərinin 30%-i hərraca çıxarılan bu dövlət əmlakı yeyinti məhsulları istehsalı sahəsində investorun iqtisadi potensialını artıra biləcək.
Hərraca ərazi müxtəlifliyi ilə bərabər, hər bir investorun büdcəsinə uyğun ola biləcək dövlət əmlakları çıxarılıb. Belə ki, Bakı, Salyan, Astara, Biləsuvar və digər bölgələrdə yerləşən əmlakların ilkin hərrac qiyməti 500 manat ilə 1 milyon 500 min manat aralığındadır. Ümumi faydalı sahəsi 14 kv.m ilə 3 min 763 kv.m intervalında olan kiçik dövlət müəssisələri investorlara biznes planlarına uyğun əmlaklar tapmaq üçün imkan yaradır. Torpaq sahəsi ilə birgə özəlləşdirilməsi nəzərdə tutulan Lənkəran rayonu, Darquba kəndində yerləşən Əmlak kompleksinin ümumi faydalı sahəsi 62 kv.m, ilkin hərrac qiyməti 15 min manatdır. Prosesə Salyan rayonunda Yüksəliş yardımçı təsərrüfatı, Qobustan şəhərində Taxıl qəbulu məntəqəsi, paytaxtın Xəzər rayonunda 103 saylı yanacaqdoldurma məntəqəsi kimi dövlət əmlakları da çıxarılıb.
Müxtəlif sahələr üzrə xidmət obyekti kimi istifadə oluna biləcək qeyri-yaşayış sahələrinin 13-ü Bakıda, 2-si Gəncə və Mingəçevirdə yerləşir. Gəncə şəhərində yerləşən ümumi faydalı sahəsi 158 kv.m olan əmlak üçün ilkin qiymət 17 min manat təyin olunub. Ərazinin geniş, qiymətin uyğun olduğu bu qeyri-yaşayış sahəsinə investisiyanın qoyulması sərmayəçiyə əmlakdan fərqli sahələrdə xidmət obyekti kimi istifadə şansını verir.
Komitənin təşkil etdiyi hərraclar barədə ictimai məlumatlandırma Özəlləşdirmə portalı (privatization.az) ilə bərabər, komitənin rəsmi saytı (emdk.gov.az), facebook sosial şəbəkəsindəki rəsmi səhifəsi və privatization.az səhifəsi vasitəsilə aparılır.
Hərracda iştirak etmək istəyən şəxslərin prosesə elektron hərrac vasitəsilə qoşulması olduqca rahatdır. Onlayn şəkildə qeydiyyatdan keçərək, ilkin qiymətin 10%-i həcmində beh ödəyib, seçdikləri əmlakı sifariş edə bilərlər. Qeyd edək ki, komitənin keçirdiyi hərracda istənilən şəxs sifarişçi və müşahidəçi kimi iştirak edə bilər.
Avqustun ilk hərracına müxtəlif sahələrə aid dövlət əmlakları çıxarıldı