BolgeXeber.Com » Ölkə » Tərtər şəhər Dini icmasının sədri:"Elmar Vəliyevə atılan güllə dövlətmizə və dövlətçiliyimizə atılan güllədir"

Tərtər şəhər Dini icmasının sədri:"Elmar Vəliyevə atılan güllə dövlətmizə və dövlətçiliyimizə atılan güllədir"

9-07-2018, 13:21
Oxunub: 3 444 Tərtər şəhər Dini  icmasının sədri:"Elmar Vəliyevə atılan güllə dövlətmizə və dövlətçiliyimizə atılan güllədir""Gəncə şəhəri günü-gündən inkişaf edir, gözəlləşir. İmamzadə kompleksini ziyarətə gedib orada olan təmir, abadlıq işlərini görəndə başda möhtərəm Prezidentimiz İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə dualar edirik"

Əziz həmvətənlər! Gəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevə qarşı olan terror hadisəsinə görə bir din adamı olaraq çox urək ağrısı keçirtdik. Çünki Elmar Vəliyevi dindarlara, din adamlarına hörmət edən, milli-mənəvi dəyərlərimizə hörmətlə yanaşan, insanlarla xoş rəftar edən bir ziyalı kimi tanıyırıq. Onu həmişə insanların acılı-kədərli günlərində yanında görmüşük və biz bunun həmişə şahidi olmuşuq. Odur ki, özləri dindar olmayıb, bəzi radikal qüvvələrə qoşulmuş din adından danışan insanları qınayırıq. Bildiyimizə görə Elmar Vəliyevin babası Quran əhli olmuşdur. Bu ailənin hər bir üzvü milli-mənəvi dəyərlərimizə hörmət ruhunda böyümüşdür.
Çox təəssüflər olsun ki, sosial şəbəkələrdə Elmar Vəliyevə sui-qəsd törədən Yunis Səfərov kimi cinayətkarı Milli Qəhrəman etmək istəyirlər. Bu da dinimizə, milli-mənəvi dəyərlərimizə, Azərbaycanın Milli Qəhrəmanlarına, şəhidlərinə çox böyük təhqirdir.
Qəhrəman o şəxsdir ki, vətənimizin dar günündə vətəninə, dövlətinə öz sədaqətini göstərir. O şəxslərdən biri də Elmar Vəliyevdir ki, o həmişə dövlətə, dövlətçiliyə sadiq olmuşdur. Bunu Gəncənin simasında görürük. Gəncə şəhəri günü-gündən inkişaf edir, gözəlləşir. İmamzadə kompleksini ziyarətə gedib orada olan təmir, abadlıq işlərini görəndə başda möhtərəm Prezidentimiz İlham Əliyevə və şəhər İcra Hakimiyyətinin başçısı cənab Elmar Vəliyevə dualar edirik.
Əziz həmvətənlər! Elmar Vəliyevə atılan güllə dövlətmizə və dövlətçiliyimizə atılan güllədir. Ona görə də dövlətçiliyimizə xələl gətirən, xain çıxan cinayətkarları imam “Hüseyn aşiqi” adlandırmaq peyğəmbərə, peyğəmbərin ailəsinə və quranımıza qarşı çıxmaqdır,Belələri lənətlənməlidir. Mən tərtərli dindarlar adından Elmar Vəliyevə şəfa diləyir, uca Allahdan tez bir zamanda işinə başlamasını arzulayıram.

Tərtər şəhər Dini icmasının sədri:Cəfərov Sadiq Cəlal oğlu