BolgeXeber.Com » Xəbərlər » Masallı park-bulvarını dövlət büdcəsinin yoxsa sahibkarların cibinin hesabına salınmaqdadır? - VİDEO

Masallı park-bulvarını dövlət büdcəsinin yoxsa sahibkarların cibinin hesabına salınmaqdadır? - VİDEO

9-07-2018, 14:13
Oxunub: 2 556 Masallı park-bulvarını dövlət büdcəsinin yoxsa sahibkarların cibinin hesabına salınmaqdadır? - VİDEO3 ildən artıqdır tikintisi aparılan park-bulvar kompleksinin layihəsi minbir bəhanələrlə bitmək bilmir...

2015-ci il tarindən inşaasına start verilən Masallı rayon park-bulvar nədənsə əhalinin 3 ildir istifadəsinə hələ də verilməyib. Dövlət büdcəsi hesabına başa gələcək park salma prossesləri gecikdirilib. Bu gün isə həmin layihənin başlanmasından 3 ildən artıq müddət ötür. Apardığımız araşdırmalara görə, Masallı rayon icra hakimiyyətinin sözcüsü mediayaya açıqlamasında qeyd edib ki, 2016-cı il tarixində Park-Bulvar istifadəyə verilməsi nəzərdə tutulur. Amma sözlə əməl üst-üstə düşmədikdə məsələnin hansı səbəbdən deyildiyi vaxta təhvil verilmədiyidə məhz şübhə doğurmaqdadır. Məsələ parkın niyyə gec başa gəlməsində yox onun inşaasına ayrılan vəsaitin dövlət büdcəsindən necə silinməsindən gedir. Necə deyirlər nə fal var nə yumurta amma xərclər çəkilib. O zaman ki xərclər çəkilibsə flimdən bir epizod yadıma düşür “deyir bəs o əjdahadan bizdə niyə yoxdur” doğurdanda maraqlıdır əgər iş görülürsə işin nəticələri niyə gözlə görünməməkdədir? Masallı rayon icra hakimiyyətinin apardığı bu tikinti görünür ki hələ çox uzun müddət gözlə görünməyəcək və bunu deməyə vadar edən səbəblər mövcudur. Astara rayonundan sonra regionda ikinci park-bulvarın salınması göstərişinə məhəl qoymayan məmurlar bu gün isə kiçik sahibkara qənim kəsilənlərdir desək bundada yanılmarıq. Prezident İlham Əliyevində dəfələrlə etdiyi çıxışlarda qeyd etdiyi əsas məsələ iş adamlarını amansızcasına incidilməsi və onların investisya qoymasının qarşısını alan məmurların Azərbaycana və xalqa xəyanət etdiklərini vurğulaması çox ciddi işarələr idi. Amma görünür ki Prezidentin üstü örtülü dediyi ifadələr bəzi məmurların savadsızlığından irəli gələn problemdən qaynaqlanır ki, hələdə iş adamları sahibkar deyəndə bunlar böyük biznesmenləri nəzərdə tutmaqdadırlar. Tam izahı budur ki, Ölkə rəhbəri adi bir fermerin belə incik salınmasında günahkar şəxsin xəyanətkar olduğunu söyləyir. Amma bütün bu tapşırıqlara baxmayaraq yerli icra orqanları min bir yolla iş adamlarından qanunsuz vəsaitlər yığır və bu vəsaitləri illər əvvəl yedikləri milyonların konpensasiyası olaraq 3 ildən sonra yenidən inşaa işlərinə start verirlər. Əgər yuxarıda qeyd etdiyimiz doğru deyilsə o zaman son günlər Villəş Çayının sahilində salınacaq parkla bağlı sahibkarlardan hansı haqqla qanunsuz qəbz verilmədən vəsaitlər yığılmaqdadır. 800 metr ərazidə yerləşən kiçik sahibkarlıq fəaliyyəti ilə məşğul olan Viləş çay ətrafı iş adamları niyə hansı haqqla incidilməkdədirlər. Yığılan vəsaitlərin hansı adla toplanmaqdadır cənab Rəfil Hüseynov deyə bilərsinizmi həmin pullar hara sərf edilməkdədir?... Sahibkarlardan şəhər icra nümayəndəsinin müavininin yığdığı 1. Kv-ı, 80 azn olan ünvansız məbləğlər kimlərin əlində toplanır...? apardığımız araşdırmaya görə həmin ərazidə 800 metr uzunluğunda olan iaşiə obyektlər mövcudur və həmin ərazidən ən azı 64 min manat məbləğ yığılmışdır. Həmin 64000 manatın yığılması əmrini kim verib? Prezidentin çıxışlarına məhəl qoymayan şəxslər kimdir...?

Bakunews.az-ın əldə etdiyi məlumata görə, sahibkar və iş adamlarından yığılan qanunsuz pullar Masallı şəhər icra nümayəndəliyinin Vurğun adlı mütəxəssisi tərəfindən yığılmaqdadır. Məsələdə adı çəkilən şəxsin soy adını hələlik müəyyənləşdirə bilməmişik.
Həmçinin qeyd etmək isterdik ki, beton plitələrin restavrasiya edilməsi qanuna ziddir. Həmin parkın tikintisi zamanı obyektlərin görünməməsi şərt olsada bunu qanuni yoollarla həlli mümkünlüyü göz ardı edilməklə yanaşı köhnəlmiş beton plitələr suvanaraq yeni tikinti adı ilə sənədləşdirilməsi isə bir cinayət əməlidir. Köhnəlmiş plitələrin bir neçə ildən sonra istismar müddəti başa çatdıqda verə biləcəyi fəsadlar ilk öncə mütəxəssislər tərəfindən hesablanaraq smetaya qeyd edilmiş olmalı idi. Smetada məhz köhnə tikintilərin üzərinin hansısa tikinti materyalı ilə örtülməsi qeyd edilməsi belə mümkünsüz bir məsələdir.

Mövzuya yenidən qayıdacağıq.

Yazıda adları keçən şəxs və quumların mövqeyin dinləməyə hazırıq.
Bolgexeber.com