BolgeXeber.Com » Xəbərlər » Elmar Vəliyevə atılan güllə dövlətə atılan güllədir-VİDEO

Elmar Vəliyevə atılan güllə dövlətə atılan güllədir-VİDEO

9-07-2018, 14:51
Oxunub: 2 753 Elmar Vəliyevə atılan güllə dövlətə atılan güllədir-VİDEOGəncə şəhər İcra Hakimiyyətinin başçısı Elmar Vəliyevin güllənməsi bir çox mətləblərə ayındlıq gətirdi.

Azərbaycan dövlətinin dostları və düşmənləri bir daha süzgəcdən keçmiş oldu. Heç şübhəsiz ki, söhbət ölkənin ikinci ən böyük şəhərinin rəhbərindən və Prezidentə sədaqəti ilə bir nümunəyə çevrilən şəxsdən gedir. Elmar Vəliyev Gəncəyə rəhbərlik etdiyi müddət ərzində böyük quruculuq işləri görüb, gəncəlilərin sosial problemlərinin həlli üçün bütün mümkün addımları atıb. E.Vəliyev vətəndaş-dövlət münasibəltərinin müsbət mənada formalaşmasında xüsusi rolu olan dövlət məmurudur. Milli mənəvi dəyərlərin təbliği, tarixi köklərimizə bağlılıq, insanlara diqqət və qayğı göstərmək kimi ümdə xüsusiyyətləri ilə E.Vəliyev ölkəmizdə xüsusi imic qazanıb. Daim dövlətə, dövlətçilyə xidməti və nümunəvi sədaqəti ilə seçilən E.Vəliyevə atılan güllə elə birbaşa Azərbaycan dövlətinə atılmış güllədir. Və doğru olaraq da, Azərbaycan hüquq-mühafizə orqanları E.Vəliyevə qarşı həyata keçirilən sui-qəsd addımını terror aktı kimin dəyərləndirdi.
Lakin... bəzi təxribatçı şəxslər və qüvvələr də oldu ki, bu hadisədən zövq aldılar və guya gəncəlilərin E.Vəliyevə olan mənfi münasibətlərini qabartmağa çalışdılar. Halbuki hər bir gəncəli E.Vəliyevi mühüm dövlət adamı, nümunəvui icra başçısı, vətənpərvər vətəndaş kimi qəbul edir. Elə bu məqsədlə də, Bölgə TV olaraq, əməkdaşlarımızı Yevlax və Gəncə şəhərlərinə ezam etdik. Şəhər sakinlərinin E.Vəliyev haqqında dediklərini elə öz dillərindən eşitsəniz daha yaxşı olar.