loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

HAQQI DEMƏK CƏSARƏTİ

HAQQI DEMƏK CƏSARƏTİMənə elə gəlir ki, bu gün haqqı demək cəsarətinə sahib olduğumuzu sübut etməyin zamanıdır

Çünki bu cəsarət sərgilənmədikcə, meydanı naşılar, burnundan uzağı görə bilməyənlər, kimlərinsə təsiri altında olanlar alır və mənzərə də göz qabağındadır.
Elmar Vəliyev Yevlaxda elə bir vaxtda icra başçısı kimi fəaliyyətə başladı ki, şəhər, sözün həqiqi mənasında, batıb gedirdi. İnsanlar işsizlikdən, güzəran ağırlığı səbəbindən əziyyət çəkirdilər. Çoxlu sayda evlərin qapısına qıfıllar vurulmuşdu. Amma məhz bu işini bilən, bacarıqlı insanın əməyi sayəsində Yevlax dəyişdi, yaradılan istehsal müəssisələri hesabına işsizlik problemi ciddi şəkildə aradan qaldırıldı.
Elmar Vəliyev təkcə bir qurucu kimi deyil, bir insan kimi də yüksək dəyərləri olan şəxsiyyətdir. Yevlaxda yüzlərlə imkansız insan məhz onun sayəsində ev sahibi olub, gənclər onun diqqəti ilə işlə təmin olunub, məsul vəzifələrə irəli çəkilib. Aztəminatlı ailələr, şəhid verən insanlar, müharibə iştirakçıları onun üçün ən hörmətə layiq kəslər olublar. Hər çıxışında, hər söhbətində cənab Prezidentin məmurlara ünvanladığı bu kəlməni təkrar etməyi çox sevib ki, biz hamımız xalqın xidmətçiləriyik. Və hansısa yanlış hərəkəti, laqeyd münasibəti onlara bağışlamayıb. Pis olubsa bunun pisi olub.
Elmar Vəliyev əsil ziyalıdır. O, məktəblərimizdə də təhsilin səviyyəsinin yüksəldilməsinə böyük diqqətlə yanaşırdı. Yaxşı uğuru olan gənclərimizə ürəkdən gələn bir səmimiyyətlə dəstək olurdu. Mətbu sözün əhəmiyyətini və gücünü qiymətləndirirdi. Vəziyyətimizin düzəlməsinə ümidimizin olmadığı bir vaxtda Elmar Vəliyev qayğısını «Kür»dən də əsirgəmədi. Qəzetimiz 7-8 min tirajla işıq üzü görməyə başladı.
İndi Elmar Vəliyev haqqında bildi-bilmədi danışanlar onu yaxşı tanımayan insanlardır. Cinayət törədən bir terrorçunu milli qəhrəman səviyyəsinə qaldıran, Vətən, xalq qarşısında xidmətləri olan bir insanı tərbiyəsinin verdiyi imkan səviyyəsində təhqir edənlər unudurlar ki, bununla da ölkədə çox pis tendensiyanın yaranmasına xidmət göstərirlər. Bu dövlət, bu Vətən, bu xalq bizimdir. Əlbir olmalıyıq ki, bu qarışıq dünyanın ən stabil, sakit, firavan guşəsi olan Azərbaycanımız tutduğu tərəqqi və inkişaf yolu ilə irəliləsin. Bu yolda Elmar Vəliyev kimi xalqını sevən, dövlətinə sədaqəti ilə fərqlənən, bütöv bir şəxsiyyət olan insanlara hər zaman ehtiyacımız böyükdür.
Fikirlərimi isə bu gün haqsız sözləri, davranışları ilə çaşqınlıq yaradanlara ölməz Hüseyn Cavidin məşhur misralarını xatırlatmaqla bitirmək istəyirəm:
İblis nədir?
Cümlə xəyanətlərə bais.
Ya hər kəsə xain olan insan nədir?
İblis!
Biz isə xeyirxah olmağa, bir olmağa çalışaq. Bu gün bu çox vacibdir. Düşmən dəyirmanına su tökməklə tək bu günümüzü yox, gələcəyimizi təhlükə altına qoymuş olarıq.
Əminə YUSİFQIZI
Yevlaxda çıxan «Kür» qəzetinin baş redaktoru, «Tərəqqi» medallı əməkdar jurnalist.
Bölmə: Analitika | 09 iyul 2018 16:39 | Baxış sayı: 208





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: