BolgeXeber.Com » Xəbərlər » Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib

Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib

9-07-2018, 16:42
Oxunub: 3 079 Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib09.07.2018 - ci il tarixdə Bərdə Regional Mədəniyyət İdarəsində regional idarənin rəisi İlyas Hacıyevin sədrliyi ilə müşavirə keçirilib.

Regional idarənin aparat işçiləri, baş mühasibi, Bərdə, Tərtər rayon, Yevlax və Mingəçevir şəhər üzrə nümayəndələr, Bərdə rayon MKS-nin direktoru və digər rəhbər işçiləri iştirak etdiyi müşavirədə Mədəniyyət Nazirliyində aparılmış struktur islahatlarından və 06 iyun 2018-ci il tarixdə Mirzə Fətəli Axundzadə adına Azərbaycan Milli Kitabxanasında baş tutan regional mədəniyyət idarələrinin fəaliyyətinə həsr olunmuş müşavirədən söz açılıb.

Çıxış edən regional idarənin rəisi İlyas Hacıyev ölkə başçısının 6 iyun 2018-ci il tarixdə imzaladığı Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi ilə bağlı Fərman barədə danışıb və yeni strukturun tətbiqilə bağlı müşavirə iştirakçılarını məlumatlandırıb.

Daha sonra regional idarənin rəisi qarşıda duran vəzifələrdən, regional idarələr və mədəniyyət müəssisələri arasında qarşılıqlı təcrübə mübadilədən, nəzərdə tutulan layihələrdən və regional idarənin də yüksək səviyyədə iştirak etdiyi Mədəniyyət Nazirliyinin təşəbbüsü ilə keçirilən Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyinə həsr olunmuş “100 illik tariximiz” başlıqlı “Bölgələrdən bölgələrə” Yaradıcılıq Festivalında iştirak, o cümlədən təşkilati işlər barədə tapşırıqlarını verib.

Qeyd olunanlarla yanaşı regional idarənin rəisi elektron xidmətlərlə işin düzgün səviyyədə qurulması, ehtiyyat kadr və pullu xidmətlərlə keçidlə bağlı göstərişlərini də çatdırıb. O, həmçinin, qeyd edib ki, “Mədəniyyət sahədə çalışan şəxslər təşəbbüskarlıq və potensial imkanlarlarını yüksək səviyyədə üzə çıxarmalıdırlar və məqsəd mədəniyyətimizin davamlı inkişaf etdirilməsi, bu sahədə dövlət siyasətinin dəstəklənməsi və bacarıqlı ehtiyyat kadrların hazırlanmasıdır”.

İdarəçiliklə bağlı bütün parametlərə toxunan idarə rəisi səmərəliliyin artırılması barədə bəzi tövsiyyələrini də müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Bütün bunlarla yanaşı regional idarənin rəisi İlyas Hacıyev regional idarələrin mətbuatla iş istiqamətində fəaliyyətindən danışıb və bildirib ki, “Regional idarələrin keçirdiyi tədbirlərin yerli mətbuatda, televiziyalarda geniş işıqlandırılması olduqca vacibdir bu baxımdan da Azertag.az - Azərbaycan Dövlət İnformasiya Agentliyi, Respublika, Xalq qəzeti kimi mötəbər qəzetlərlə, o cümlədən yerli KİV-lərlə mütəmadi qarşılıqlı əlaqələr qurulmalıdır”. Həmçinin region rəisi onu da qeyd edilib ki, Mətbuatla əməkdaşlıq və tədbirlərin anında mətbuatda işıqlandırılması sahəsində səmərəliliyin artırılması məqsədilə 04.01.2017-ci il tarixdən Bərdə Regional Mədəniyyət və Turizm İdarəsinin tərkibində ictimai əsaslarla mətbuat xidməti yaradılıb.
Bolgexeber.com
Bərdə Regional Mədəniyyət İdarəsində müşavirə keçirilib