Qubadakı qəzaya görə bu şirkət məsuliyyət daşıyır – TƏFƏRRÜAT
9-07-2018, 17:09
Oxunub: 2 750
“Quba Palace Hotel”in ərazisində baş vermiş qəzaya görə hotel heç bir məsuliyyət daşımır
Bu barədə Qaynarinfo-ya “Quba Palace Hotel”in Marketinq şöbəsinin direktoru Ceyhun Yəhyayev məlumat verib. O, faciənin “Skada” şirkətinin əməkdaşlarının səhvi ucbatından baş verdiyini bildirib:
“Hotel ərazisində kanat yolu var. Bu kanat yolu qısaldılmalı idi. Bununla bağlı biz araşdırma apardıq və məlum oldu ki, Azərbaycanda bu işlə təkcə “Skada” şirkəti məşğul olur. Biz həmin şirkətin əməkdaşlarını hotelə çağırdıq və onlar gəlib analiz apardılar. Görünür analiz apardıqları zaman səhvə yol verdiklərindən bədbəxt hadisə baş verib. Qəzaya görə “Quba Palace Hotel” heç bir məsuliyyət daşımır. Bütün məsuliyyət “Skada” şirkətinin üzərindədir. Onlar trosu qısaldan zaman özləri ilə gətirdikləri trosu quraşdırmışdılar və hadisə də həmin trosun qırılması nəticəsində baş verdi. 1 nəfər ölüb, 1 nəfər isə yaralanıb. Bəzi saytlarda 4 nəfərin yaralandığı qeyd olunub. Bu, yanlış məlumatdır”.
Qeyd edək ki, Quba Mərkəzi Rayon Xəstəxanasından Qaynarinfo-ya 1 nəfərin öldüyü, 2 nəfərin yaralandığı bildirilib.
Çox Oxunanlar
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 20-04-2024, 17:53 : Bu avtobuslardan istifadə edənlərin NƏZƏRİNƏ
Xəbərlər / Ölkə
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər
- 4-04-2024, 18:59 : Əli Əsədov Konqo prezidenti ilə görüşdü
Siyasət / Xəbərlər
- 13-04-2024, 15:52 : “WhatsApp” işlədənlərin NƏZƏRİNƏ - Bunu etmək mümkün olacaq
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:28 : Rəsmi Bakıdan İrəvana cavab
Siyasət / Xəbərlər