BolgeXeber.Com » Gündəm » “Kim harada istəyir, haqqını ödəyib bina tikir” - Deputat Prezidentin mesajlarına DİQQƏT ÇƏKDİ
“Kim harada istəyir, haqqını ödəyib bina tikir” - Deputat Prezidentin mesajlarına DİQQƏT ÇƏKDİ
10-07-2018, 14:02
Oxunub: 4 055
Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında bir çox məqamlara toxunub
Tikinti sahəsindəki pərakəndəliyə diqqət çəkən ölkə başçısı qeyd edib ki, bəzən memarlıq baxımından çox eybəcər binalar tikilir:
“Buna son qoymaq üçün çox ciddi tədbirlər görülməlidir və qanunsuz tikililərə son qoyulmalıdır. Qanunsuz tikililərə şərait yaradan dövlət məmurları çox ciddi cəzalandırılacaqlar”.
Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov Modern.az-a ölkə başçısının göstərişlərindən sonra bu sahədəki neqativlərin tədricən aradan qalxacağına ümid etdiyini bildirib:
“Prezident bir çox məsələlərə toxundu. Azərbaycanda altı ayın nəticələri açıqlandı. Bildiyiniz kimi, altı ayda ÜDM-də, qeyri-neft sektorunda, sərmayə qoyuluşunda müəyyən qədər artım var. Bununla bərabər, prezident Mingəçevirdəki hadisələrə görə haqlı olaraq günahkarların düzgün cəzalandırılmasını tələb etdi. Korrupsiya və rüşvətxorluq məsələlərinə diqqət çəkdi”.
Deputatın sözlərinə görə, ümumiyyətlə tikinti sahəsində özbaşınalıq hökm sürür:
“Kim harada istəyir, haqqını ödəyir bina tikir. Sonra da bir evi bir neçə adama satır. Hazırda Bakının Baş Palnı hazırlanır. İlham Əliyevin də xəbərdalıqda bildirdiyi kimi, İcra Hakimiyyəti orqanları buna diqqəti artırmalıdırlar. İindi bütün yük Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin üzərinə düşür. Çünki nəzarət mexanizmi Komitəyə verilib. Düzü elə sovet dövründə də belə komitə vardı, hansı ki, tikinti işlərini həyata keçirirdi. Amma hazırkı proseslərin vahid mərkəzdən idarə olunmağı sevindirici haldır. Xüsusilə Komitəyə cəlb edilən yeni kadrlara göstərilən etimadı doğrultmağın vaxtıdır. Mütəxəssislər araşdıracaq, standartlara uyğun tikintiyə icazə veriləcək, uyğun olmayanına icazə verilməyəcək”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər