BolgeXeber.Com » İqtisadiyyat » Rəqabətli keçən hərrac: 15 əmlaka 22 sifariş verildi-FOTO

Rəqabətli keçən hərrac: 15 əmlaka 22 sifariş verildi-FOTO

10-07-2018, 16:37
Oxunub: 2 909 Rəqabətli keçən  hərrac: 15 əmlaka 22 sifariş verildi-FOTOHərraclar vasitəsilə özəlləşdirilən dövlət əmlakları özəl sektorun iqtisadi rolunu yüksəltməklə bərabər, qeyri-neft sektorunun inkişafını təmin edir

Bolgexeber.combildirir ki, bu sahədə Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən mövcud imkanlar genişləndirilir, prosedurlar sadələşdirilir. Dövlət əmlaklarının hərraclarda özəlləşdirilməsinin elektron mühitə inteqrasiyası bütün regionlarda və ölkə xaricində proses iştirakçılarının sayını artırır. Ərazi, qiymət, faydalılıq baxımından bir-birindən fərqli dövlət əmlaklarının prosesə çıxarılması, Elektron hərrac sisteminin tətbiqi rəqabətli formada vətəndaş aktivliyi ilə nəticələnir.
Bu xüsusiyyətləri özündə əks etdirən növbəti hərrac 10 iyul tarixində reallaşdı. Rəqabətin müşahidə olunduğu bu hərracda ümumilikdə 15 dövlət əmlakına 22 sifariş verilmişdir. Qeyd edək ki, budəfəki hərracda nəqliyyat vasitələri üzrə 5 sifariş elektron formada verilmiş, 2 sifarişçi hərrac keçirilən yerə gəlmədən, olduğu məkanda hərracda onlayn formada iştirak etmişdir. Bu nəticə vətəndaş rahatlığını və şəffaflığı təmin edən elektron hərraca marağın artmasının göstəricisidir.
Sifarişçi ümumi faydalı sahəsi 26.7 kv.m olan Sumqayıt şəhərində yerləşən qeyri-yaşayış sahəsi üçün 6 min manat ödəməklə əmlakın sahibinə çevrildi. Xidmət sahələrində fayda verə biləcək digər qeyri-yaşayış sahələrindən 2-si paytaxtda, digərləri isə Gədəbəy, Mingəçevir, Sumqayıt şəhərlərində yerləşir. 450 manat ödəməklə sifarişçini əmlak sahibinə çevirən Siyəzən şəhərində yerləşən 43 saylı mağazanın ümumi faydalı sahəsi 20.1 kv.m-dir.
Hərracda yüksək rəqabətli mühit nəqliyyat vasitələrinin özəlləşdirilməsində müşahidə olundu. Buraxılış ili 2003 olan Qaz 3110-101 markalı avtomobil üçün ilkin qiymət 1300 manat təyin olunsa da sifarişçilər arasında rəqabətli mübarizə nəticəsində nəqliyyat vasitəsinə ən son təklif 3 min 200 manat oldu. Rəqabətli proses yaradan bu dövlət əmlakına 2-si elektron olmaqla 5 sifariş verilmiş və sifarişçilərdən biri hərracda onlayn formada iştirak etmişdir. Opel Omeqa markalı avtomobilin hərracında ilkin qiymət 750 manat müəyyən olunmuşdur. İki sifarişçinin avtomobilə sahib olma istəyi qiyməti 2 dəfədən çox artırıb 1900 manata yüksəltdi. Nəqliyyat vasitələrində rəqabət tendensiyası bir nəfərin onlayn formada iştirak etdiyi Kamaz-55111 markalı avtomobilin hərracı üçün də xarakterikdir. İlkin qiyməti 2 min 600 manat olan dövlət əmlakı 3 min 550 manat ödənilməklə özəlləşdirildi.
Növbəti özəlləşdirmə hərracı 17 iyulda keçiriləcək. Hərraca ayrı-ayrı iqtisadi sahələrə aid 157 dövlət obyekti çıxarılıb. Özəlləşdirilməsi nəzərdə tutulan dövlət əmlaklarından 19-u səhmdar cəmiyyəti, 54-ü kiçik dövlət müəssisə və obyekti, 70-i qeyri-yaşayış sahələridir.
Özəlləşdirmə hərracına qatılmaq üçün Özəlləşdirmə portalı üzərindən əmlakı seçib sifariş vermək kifayət edir. Portalda hər bir əmlak haqqında məlumat, onun xəritədəki yeri və mövcud vəziyyəti barədə fotoşəkillər var. İstənilən şəxs hərraca həm iştirakçı qismində qatıla, həm də ziyarətçi olaraq canlı izləyə bilər.

Rəqabətli keçən  hərrac: 15 əmlaka 22 sifariş verildi-FOTO
Rəqabətli keçən  hərrac: 15 əmlaka 22 sifariş verildi-FOTO