BolgeXeber.Com » İqtisadiyyat » Azərbaycan neftinin qiyməti 80 dolları keçib

Azərbaycan neftinin qiyməti 80 dolları keçib

11-07-2018, 10:07
Oxunub: 2 231 Azərbaycan neftinin qiyməti 80 dolları keçibAzərbaycanın dünya bazarına çıxararaq satdığı "Azeri LT CIF" markalı xam neftin 1 barelinin qiyməti 0,92 dollar və yaxud 1,16% artıb.

Bolgexeber.com xəbər verir ki, "Azeri LT CIF" markalı neftin qiyməti 80,36 dollar/barelə bərabər olub.

Xatırladaq ki, "Azeri LT CIF" neftinin minimal qiyməti 2001-ci ilin dekabrında (19,15 dollar), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 dollar) qeydə alınıb.