BolgeXeber.Com » Xəbərlər » Adnan Oktar və 200 tərəfdarı əməliyyat nəticəsində saxlanılıb – Foto

Adnan Oktar və 200 tərəfdarı əməliyyat nəticəsində saxlanılıb – Foto

11-07-2018, 11:00
Oxunub: 2 230 Adnan Oktar və 200 tərəfdarı əməliyyat nəticəsində saxlanılıb – FotoTürkiyədə özünü ilahiyyatçı kimi təqdim edən Adnan Oktar və 200 tərəfdarı hüquq-mühafizə orqanlarının apardığı əməliyyat zamanı saxlanılıb.

Bolgexeber.com “Report” -a istinadən xəbər verir ki, onlar azyaşlı uşaqlara təcavüz, çirkli pulların yuyulması, təhdid və şantaj etməkdə ittiham olunur.

Əməliyyat zamanı çoxlu sayda silah-sursat, zirehli geyim və maşın müsadirə edilib.

Adnan Oktarın İstanbulun Çəngəlköy rayonundakı evində saxlanılan zaman müqavimət göstərdiyi bildirilir.

Həmçinin səhər saatlarında Adnan Oktarın verilişlərini canlı yayımladığı A9 TV-də də əməliyyat keçirildiyi qeyd olunur.
Adnan Oktar və 200 tərəfdarı əməliyyat nəticəsində saxlanılıb – Foto