BolgeXeber.Com » İdman » Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb – VİDEO

Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb – VİDEO

11-07-2018, 11:11
Oxunub: 3 023 Fransa millisi futbol üzrə dünya çempionatının finalına çıxıb – VİDEORusiyada keçirilən futbol üzrə dünya çempionatında ilk finalçı müəyyənləşib.

“Report”un məlumatına görə, bu, Fransa milli komandasıdır.

Didye Deşamın baş məşqçisi olduğu komanda yarımfinalda Belçika yığmasını üstələyib. Yeganə qolu 51-ci dəqiqədə Samuel Umtiti vurub. O, künc zərbəsindən sonra topu başla qapıya göndərib.

Beləliklə, Fransa millisi 12 ildən sonra dünya çempionatının finalına yüksəlib. Digər finalçı iyulun 11-də Xorvatiya və İngiltərə yığmaları arasında keçiriləcək qarşılaşmanın qalibi olacaq.

Fransa hələlik yeganə dünya çempionluğunu 1998-ci ildə qazanıb.

DÇ-2018, ½ final

22:00 Fransa – Belçika – 1:0

Qol: Samuel Yumtiti, 51

Hakimlər: Andres Kunya, Nikolas Taran, Maurisio Espinoza (hamısı Uruqvay) Sezar Ramos (Meksika)

Sankt Peterburq, “Sankt-Peterburq” stadionu