BolgeXeber.Com » Mədəniyyət » Xalq artisti Elmira Şabanova:””Bozbaş Pictures”ə baxanda əsəbimdən partlayıram” – Elmira Şabanova

Xalq artisti Elmira Şabanova:””Bozbaş Pictures”ə baxanda əsəbimdən partlayıram” – Elmira Şabanova

11-07-2018, 11:54
Oxunub: 7 650 Xalq artisti Elmira Şabanova:””Bozbaş Pictures”ə baxanda əsəbimdən partlayıram” – Elmira ŞabanovaÇoxdandır görünməyən xalq artisti, tanınmış aktrisa Elmira Şabanova sükutu pozub.

Bolgexeber.com xəbər verir ki, yenicag.az-a açıqlama verən xalq artisti sənətdən, efirlərdən imtina etdiyini bildirib:

“Uzun müddətdir ki nə efirlərə çıxıram, nə də yaradıcılıqla məşğul oluram. Hər şeydən imtina etmişəm, bunun da səbəbləri var. Azərbaycanda 30-dan artıq filmə çəkilmişəm, amma bu gün kinodan danışmağa dəyməz. Kino diriykən basdırılıb, mən də onun içində. Ortalığa düşüb, guya film çəkirlər. Amma nə düz-əməlli ssenarisi var, nə də rejissor işi. Danışanda da olursan pis, düşmən qazanırsan. Susursan, özünə ziyan edirsən, dözmək çətindir. “Bozbaş Pictures”in çəkdiklərinə baxanda əsəbimdən partlayıram. Eləcə də o biriləri. İstər Elməddin olsun, istər Fərda, ya başqaları. Nə qədər şit-şit gülmək olar? Belə bayağılıqla nə vaxta qədər gündəmə gəlmək olar? Məsələ burasındadır ki, onların çəkdiklərinə elə özləri gülür, camaat, tamaşaçı gülmür. Belə bayağı filmləri görəndə məcburam efirlərdən, tədbirlərdən, medyadan uzaq gəzim. Çünki səhhətimə ziyan vurmaq istəmirəm”.

Aktrisa bu gün çəkilən seriallardan da narazılıq edib:
“Seriallar çəkilir, amma keyfiyyəti məni qane etmir. Heç vaxt o seriallara çəkilmərəm. Amma əsl kino çəkilsə və özümə layiq rol alsam, çəkilərəm. İranda, Türkiyədə səviyyəli filmlər çəkilir, dünyanın nüfuzlu festivallarına qatılır. Biz hələ də oturub gözləyirik”.
Xalq artisti Elmira Şabanova:””Bozbaş Pictures”ə baxanda əsəbimdən partlayıram” – Elmira Şabanova