BolgeXeber.Com » Xəbərlər » Bakıda sərnişin avtobusu aşıb, bir nəfər ölüb, 13 nəfər xəsarət alıb

Bakıda sərnişin avtobusu aşıb, bir nəfər ölüb, 13 nəfər xəsarət alıb

12-07-2018, 09:51
Oxunub: 2 287 Bakıda sərnişin avtobusu aşıb, bir nəfər ölüb, 13 nəfər xəsarət alıbQaradağ rayonunda baş vermiş ağır yol qəzası nəticəsində 13 nəfər xəsarət alıb, bir nəfər isə ölüb.



Səhiyyə Nazirliyinin mətbuat xidmətinin rəhbəri Pərviz Abubəkirov APA-ya bildirib ki, ölən şəxs qadındır. Qadın hadisə yerindəcə dünyasını dəyişib.



Xəsarət alanlardan 7 nəfər Kliniki Tibbi Mərkəzə, 1 nəfər Respublika Kliniki Xəstəxanasına, 3 nəfər isə orda Ələtdəki xəstəxanaya yerləşdirilib, 2 nəfərə yerindəcə ilkin yardım göstərilib.

09.06


***

Qaradağ rayonunda ağır yol qəzası baş verib.

Bu gün səhər saatlarında Qaradağ rayonu ərazisində yük maşını 149 saylı xətt üzrə hərəkətdə olan sərnişin avtobusuna çırpılıb. Bundan sonra avtobus aşıb.



Ölən və xəsarət alanların olduğu bildirilir.



Hazırda Dövlət Yol Polisi İdarəsinin və Bakı Nəqliyyat Agentliyinin əməkdaşları hadisə yerində arşadırma aparır.



Bakı Nəqliyyat Agentliyinin mətbuat xidmətinin rəhbəri Mais Ağayev APA-ya bildirib ki, hadisə barədə bir qədər sonra məlumat veriləcək.