BolgeXeber.Com » Gündəm » Kürdəmirin icra başçısı fəhlələrin pulunu verdi-YENİLƏNİB

Kürdəmirin icra başçısı fəhlələrin pulunu verdi-YENİLƏNİB

14-07-2018, 11:30
Oxunub: 3 321 Kürdəmirin icra başçısı fəhlələrin pulunu verdi-YENİLƏNİB"İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib"

Bolgexeber.com-a müraciət edən vətəndaş Səbuhi Qəhrəmanov və 6 nəfər fəhlə gördükləri işin müqabilində pullarının verilməməsindən şikayətçidirlər.Belə ki, Səbuhi Qəhrəmanovun Bolgexeber.com-a bildirdiyinə görə onlar Kürdəmirin Tirli kəndində Kürdəmirin icra başçısı Ceyhun Cəfərova məxsus toxumçuluq zavodunda qaynaq işləri görüblər və bu işə görə onlara 5500 verilməlidir,amma verilmir .Onları işlədən iş icraşısı ,Yevlax sakini Nurlan adlı şəxs onlara bildirib ki,pulunuz icra başçısındadır,ona müraciət edin.
İşçilər öz pullarını almaq üçün dəfələrlə Kürdəmir icra hakimiyyətinə getsələr də icra başçısı Ceyhun Cəfərov onları qəbul etməyib.
Fəhlələr qeyd etdilər ki,onlar hər gün əziyyət çəkib,vaxt itirərək,xərc çəkərək Mingəçevirdən pullarını ala bilmək üçün Yexlaxa gəlirlər.
Əməkdaşımız məsələyə aydınlıq gətirmək üçün Kürdəmir icra hakimiyyətinin başçısı ilə əlaqə saxlayıb .İcra hakimiyyətinin başçısı bildirib həqiqətən də onların həmin fəhlələrə borcu var,amma hələki onlara verəcək pul yoxdur. Məsələ ilə bağlı İcra başçısının köməkçisi isə bildirdi ki,icra baçşısı deyib ki,”pul olsun ödəyərik”.

İsti havalarda neçə müddət işləyən ,öz halal pullarını ala bilməyən fəhlələr bununla bağlı narazıçılıqlarını bildirdilər və problemləri ilə əlaqədar artıq ölkə başçısına müraciət edəcəklərini dedilər.
***
Bolgexeber.com-a daxil olan yeni məlumata görə fəhlələrin problemi sayta dərc olunandan sonra Ceyhun Cəfərov artıq fəhlələrin pulunu verib və bununla məsələ mübət həllini tapıb.
Bolgexeber.com