BolgeXeber.Com » Bölgə » Sabiq baş həkim intihar etdi, rayon qarışdi

Sabiq baş həkim intihar etdi, rayon qarışdi

5-03-2011, 00:05
Oxunub: 5 873
Mərhumun həyat yoldaşı icra başçısını suçladı...

Goranboy rayonunun sabiq baş həkimi Faiq Abdullayev 4 mart, saat 20 radələrində intihar edib. Bu barədə redaksiyamıza rayon xəstəxanasından məlumat veriblər. Sabiq baş həkim özünü xəstəxananın 3-cü mərtəbəsindən yerə atmaqla, intihar edib. Hadisə yerində olan şahidlər musavat.com-a deyiblər ki, rayona bir il əvvəl təyin olunmuş icra başçısı Nizaməddin Quliyev və onun birinci müavini Baxış Abdullayev də hadisə yerinə gəliblər.

Lakin mərhumun yaxınları və xəstəxana personalı onları hadisə yerindən qovublar. Mərhum Faiq Abdullayevin həyat yoldaşı icra başçısına xitabən "onu sən öldürdün. O qədər pul onda haradan ola bilərdi? Niyə ondan bu qədər pul istədin? Mən bu işi belə qoymayacam. Prezidentə yazacam...",- deyib və onun üzərinə yeriyib. Mərhumun yaxınlarının israrı ilə hadisə yerindən uzaqlaşdırılan rayon rəhbərliyi bu ittihamların qarşılığında heç bir söz deməyiblər.

Bolgexebr.com-a verilən məlumata görə, Faiq Abdullayev 7 il rayonun baş həkimi işləyib. Onu keçən il vəzifəsindən uzaqlaşdıblar.

Bu xəbər çapa hazırlanan məqamda belə bir xəbər gəldi ki, intihar edən sabiq baş həkimin yaxınları, təxminən 100 nəfər civarında olan şəxslər, rayon mərkəzinə yürüş etməyə hazırlaşırlar. Onlar bir ağızdan iddia ediblər ki, Faiq Abdullayevin ölümündə suçlu İH başçısıdır; onu intihar həddinə məhz Nizaməddin Quliyev çatdirib.
Gəlişmələri izləyəcəyik.