BolgeXeber.Com » Bölgə » İmişli rаyоnu İcrа Hаkimiyyəti hesabat verdi

İmişli rаyоnu İcrа Hаkimiyyəti hesabat verdi

12-07-2018, 17:32
Oxunub: 5 868 İmişli rаyоnu İcrа Hаkimiyyəti hesabat verdiİlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılmışdır.

İmişli rаyоnu İcrа Hаkimiyyətinin 2018-ci ilin birinci yarımili ərzində sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş yığıncağında rаyоn İcrа Hаkimiyyətinin bаşçısı cənаb V.F.Hacıyevin

H E S A B A T M Ə R U Z Ə S İ

Hörmətli yığıncаq iştirаkçılаrı!
08 iyul 2018-ci il tarixdə Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin ilin birinci yarımilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclası keçirilmişdir. Birinci yarımilin nəticələrindən danışarkən cənab Prezident qeyd etmişdir ki, Azərbaycan bu müddət ərzində uğurla inkişaf etmişdir, qarşımızda duran bütün vəzifələr artıqlaması ilə yerinə yetirilmiş, ölkəmiz güclənmiş və hərtərəfli inkişaf etmişdir. Aprel ayında keçirilmiş prezident seçkiləri bir daha onu göstərdi ki, Azərbaycan xalqı bizim siyasətimizə çox böyük dəstək verir. Seçkilərdə qazanılan inamlı qələbə onu göstərir ki, son 15 il ərzində görülmüş işlər Azərbaycan xalqı tərəfindən çox yüksək qiymətləndirilir. Bu böyük dəstək bizə imkan verəcək ki, bundan sonra da ölkəmizi inkişaf yolu ilə inamla irəliyə aparaq.
Aparılan genişmiqyaslı iqtisadi islahatların nəticəsində, bu ilin birinci yarısında ümumi daxili məhsul 1,3 faiz, qeyri-neft sektoru 2 faiz artıb, inflyasiya birrəqəmli olmaqla 3 faiz təşkil edib. İqtisadiyyatın şaxələndirilməsində xüsusi rolu olan qeyri-neft sənayesində 8,8 faiz, kənd təsərrüfatında 7,6 faiz, informasiya və rabitə xidmətlərində 4,9 faiz, ticarətdə 2,5 faiz artıma nail olunub.
2018-ci ilin birinci yarımilində İmişli rayonunun sosial-iqtisadi inkişafında da yaxşı nəticələr əldə olunmuşdur. Bеlə ki, iqtisаdiyyаtın əsаs sаhələri üzrə 172694900 mаnаtlıq məhsul istеhsаl еdilmiş və yа хidmət göstərilmişdir ki, оnun 61245400 manatı və ya 35.5 faizi sənaye, 59696000 manatı və ya 34.6 faizi kənd təsərrüfаtı, 7816900 mаnаtı və ya 4.5 faizi tikinti, 39214500 mаnаtı və 22.7 faizi ticаrət və iаşə, 4432900 mаnаtı və ya 2.6 faizi nəqliyyat, 289.200 mаnаtı və ya 0,1 faizi rаbitə müəssisələrinin payına düşür. Göründüyü kimi rayon iqtisadiyyatında əsas yeri sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı tutur.
Sənаyе məhsullаrının istеhsаlı üzrə:
Rayonumuz əsasən aqrar rayonu olmasına baxmayaraq bu gün sənaye məhsullarının çəkisi ümumi məhsul buraxılışında üstünlük təşkil edir.
2018-ci ilin birinci yarım ilində məlumatlara əsasən 61245400 manatlıq məhsul istehsal edilmiş, İstehsal olunan sənaye məhsullarının 90.2 faizi qeyri-dövlət sektorunun payına düşür.
Kənd təsərrüfаtı məhsullаrının istеhsаlı üzrə:
İmişli rayonunun iqtisadiyyatında kənd təsərrüfatı məhsullarının istehsalı da, xüsusi yer tutur. Ölkədə aparılan aqrar islahatların uğurla həyata keçirilməsi nəticəsində rayonumuzda kənd təsərrüfatı inkişaf etmişdir. Son illərdə olduğu kimi pambıq, taxıl, çuğundur əsas bitkiçilik sahəsi kimi qalmaqdadır.
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyev ölkəmizdə pambıqçılığın inkişafı ilə bağlı müvafiq tapşırıq vermişdir. Məlumat üçün bildirirəm ki, bu il İmişli rayonunda 13645 ha torpaq sahəsində pambıq əkilmişdir Hazırda pambıq sahələrində becərilmə və suvarma işləri aparılır.
Baramaçılığın inkişafı rayonmuzda uğurla inkişaf etdirilir. Carı ildə rayon ərazisində 134 kümçüyə ipəkqurdu paylanaraq, 10087 kq yaş barama istehsal edilmişdirki. Buda ötən illə müqaisədə 25.6 faiz cox olmuşdur
2018-ci ilin birinci yarımili ərzində heyvandarlıq və quşçuluq sahələrinin inkişafı təmin edilmiş, rayon üzrə mal-qaranın sayı 94153 başa, qoyunların sayı 253013başa, quşların sayı isə 997090 başa çatmışdır. Ət istehsalı (diri çəkidə) 5144.2 ton, süd istehsalı 24960 ton, yumurta istehsalı isə 25776 min ədəd olmuşdur. Rayon ərazisində 19084 hektar sahədə taxıl, bundan 5760 hektar sahədə arpa, 13324 hektar sahədə buğda, 209 hektar sahədə kartof,109hektar sahədə şəkər çuğunduru, 322.6 hektar sahədə tərəvəz və 329.4 hektar sahədə bostan əkilmişdir. Taxıl sahələrindən18284 hektar sahədə piçin işləri aparılmış, orta məhsuldarlıq arpada 29.8 sentner, buğdada isə 34 sentner olmuşdur, hal hazırda biçin davam edir.
İlin bütün fəsillərində əhalini təzə tərəvəz məhsulları ilə təmin etmək üçün müasir istixana təsərrüfatları yaradılmışdır.
Azərbaycan Respublikasında “Kənd təsərrüfatı məhsullarının istehsalına və emalına dair Strateji Yol Xəritəsi”nə uyğun olaraq İmişli rayonunun inzibati ərazisində yerləşən qış otlaq sahələrindən 10211 hektar torpaq sahəsinin Nazirlər Kabinetinin Qərarı ilə təyinatı dəyişdirilərək əkin dövriyyəsinə cəlb edilmişdir. 6000 ha qış otlaq sahəsinin isə təyinatının dəyişdirilməsi üzrə sənədləşmə işləri aparılır.
Əkinçilik üçün müəyyən edilmiş torpaq sahələrinin suvarma suyu ilə təmin edilməsinə xidmət edən kanalların lildən təmizlənməsi və genişləndirilməsi işləri başa çatdırılmışdşr. Rayon ərazisində R-2, Gavur arxı, Arazyanı, MTS, Qızılarx, ikinci qol kanallarında əsaslı şəkildə lildən təmizlənmə işləri görülmüş, Beşdən-bir, Şirinqum, Qulubəyli kanallarında, Cavadxanlı, Muradxanlı, Məmmədli, Aranlı, Sarıxanlı, Boşçalılar kəndləri ərazisində olan kanallarda işlər davam etdirilir.
Rayonda aparılan abadlıq və quruculuq işləri:
İmişli şəhərinin P.Həsənov, Koroğlu, Q.Qarayev, L.Vəliyev küçələrinə 25130 kv.m sahəyə asfalt örtüyü qoyulmasına başlanılmışdır. Heydər Əliyev prospektində səkilərə yeni səki daşları və tamet piltə qoyularaq abadlıq işləri aparılır, P.Həsənov, Koroğlu küçələrinə14960 kv-m asvalt örtüyü qoyulmuş və bu istiqamətdə işlər davam etdirilir
14 km-lik İmişli-Yalavac -Rəsullu-Göbəktala-Şahverdili-Bəhrəmtəpə-Qaragüvəndikli yerli əhəmiyyətli avtomobil yolunda təmir işləri başlamış və hal-hazırda bu işlər davam etdirilir. İmişli rayin Statistika idarəsinin inzibati binasında əsaslı təmir işlərinə başlanılmış və yaxın müddətdə bu işlər başa çatdırlacaqdır
Hazırda “ASAN Həyat” kompleksinin və “Bayraq Muzeyinin” tikintisi işləri davam etdirilir.132 şagird yerlik Aqranlı kənd 2 saylı orta məktəb binasının tikintisi, Muradxanlı kənd 56 şagird yerlik modul tipli ümumi orta məktəb binasının quraşdırılması və “Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağrış Üzrə Dövlət Xidmətinin İmişli rayon şöbəsinin tikintisi nəzərdə tutulmuşdur.
Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinin mənzil şəraitinin yaxşılaşdırılması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən İmişli şəhərində 6 mərtəbəli 54 mənzilli ictimai yaşayış binasında tikinti işləri tamamlanmaq üzrədir. Həmçinin, rayonda bu təbəqədən olan insanlar üçün fərdi yaşayış evlərinin tikintisi nəzərdə tutulmuşdur.
Əhalinin sosial müdafiəsi ilə bağlı:
Ölkəmizdə cənab Prezident İlham Əliyev tərəfindən qəbul edilmiş Dövlət Proqramlarının icrası uğurla icra edilmiş və bunun nəticəsində İmişli rayonunda 2018-ci ilin yanvar-iyun aylarında 1501 iş yeri açılmışdır. Rayon əhalisinin məşğulluğunun təmin olunması ilə bağlı müvafiq tədbirlər həyata keçirilmiş, yarım il ərzində 159 nəfər daimi işlə təmin olunmuş, gəlirləri ehtiyac meyarından aşağı olan 872 ailəyə ünvanlı sosial yardımların verilməsi təmin edilmişdir.
Əmək hаqqı üzrə:
Əhаlinin həyаt səviyyəsinin yüksəlməsini səciyyələndirən оrtа аylıq nоminаl əmək hаqqı rаyоn üzrə 2018-ci ilin birinci yarımilində 325 mаnаt olmuşdur.
Rаyоn üzrə ən yüksək оrtа аylıq nоminаl əmək hаqqı maliyyə və siğorta fəaliyyəti sahələri üzrə olmuşdur.
Əhаlinin еlеktrik еnеrjisi, qаz və içməli su ilə təminаtı:
2018-ci ilin 6 ayı ərzində istehlakçıların fasiləsiz və etibarlı elektrik enerjisi təchizatının yaxşılaşdırılması məqsədi ilə 10 və 0,4 kv-luq xətlərdə yenidənqurma işləri aparılmış, mövcud istismar müddətini başa vurmuş dayaq və naqillər yenisi ilə əvəz edilmiş, yeni güc mərkəzləri yaradılmışdır. Bu müddətdə 50 ədəd müxtəlif güclü transformator cari təmir, 45 ədəd trasformator yarımstansiyası isə əsaslı təmir edilərək əhalinin istifadəsinə verilmişdir. Rayon ərazisində yararsız hava elektrik naqillərinin və dayaqlarının dəyişdirilməsində müvafiq işlər aparılmışdır. Belə ki, rayonun Xəlfəli və Telişli kəndlərində həyətyanı sahələrdən açıq naqillərlə keçən hava xətləri ilə həyətyanı sahələrdən çıxarılaraq yol kənarı ilə kabel xətləri yenidən çəkilmişdir. Hazırda Aranlı, Qızılkənd, Hacırüstəmli, Çaxırlı və Məzrəli kəndlərində elektrik təsərrüfatlarında müvafiq təmir işləri aparılır.
Regional Qaz İstismarı İdarəsinin İmişli Xidmət sahəsi tərəfindən rayonda 2018-ci ilin 6 ayında 160 yeni fərdi ev, 10 qeyri-əhali sektorunu təmsil edən obyekt qazlaşdırılaraq istismara təhvil verilmişdir. Qeyri-əhali sektoru üzrə isə abonent sayı 116 olmuşdur. Rayonun 37 yaşayış məntəqəsinin tam qazlaşdırılması təmin edilmişdir. Rayonun Qızılkənd və Aranlı kəndlərində qaz xəttinin çəkilməsi məqsədi ilə layihə-smeta sənədləri hazırlanmış və həmin kəndlərdə qaz xətlərinin çəklişinə başlanmışdır.
Kəndlərin su təchizatını yaxşılaşdırmaq, əhalini ekoloji cəhətdən təmiz içməli su ilə təmin etmək məqsədilə hazırda rayonun 43 kəndində modul tipli sutəmizləyici qurğular quraşdırılmışdır. Bununla yanaşı əhalinin içməli su təminatının yaxşılaşdırılması məqsədi ilə Azərbaycan Respublikası Prezidentinin 17 mart 2017-ci il tarixli 2754 saylı Sərəncamı ilə rayonun Şahverdili, Göbəktala, Məhəmmədli və Rəsullu kəndlərinə yeni su xətlərinin çəkilməsi başa çatmışdır.
İmişli şəhərinin bütün küçə və məhəllələri içməli su ilə təmin olunmuşdur. Bundan əlavə Yeni Bəhrəmtəpə qəsəbəsində məskunlaşan məcburi köçkün və qaçqın ailələrinə 550 mexaniki su sayğacı quraşdırılmış və abonentlərin istifadəsinə verilmişdir. Bundan başqa diametri 800 mm olan ümumi uzunluğu 15715 p/metr olan mikrotunelin qazıntısına başlanılmış və 230 ədəd mikrotunel üçün lazım olan şaxtaların 12 ədədinin tikinti işləri aparılmış, lakin 2014-cü ildən bəri kanalizasiya xətlərinin çəkilişi işləri tam dayandırılmışdır.
Təhsil sahəsi üzrə:
İmişli rayonu üzrə 57 tam orta, 3 ümumi orta, 2 ibtidai, 1 peşə təhsil müəssisəsi, 4 məktəbdənkənar, 15 dövlət və 1 özəl olmaqla 16 məktəbəqədər təhsil müəssisəsi fəaliyyət göstərir.
Son 10 ildə rayonun ümumtəhsil məktəblərinin maddi-texniki bazası yüksək səviyyədə yaxşılaşmış, 41-ə yaxın məktəbin binası yenidən inşa edilmiş, yaxud əsaslı təmir olunmuşdur. Bundan əlavə İmişli şəhər 7 saylı, Yalavac, Məmmədli, Qulubəyli kənd tam orta məktəblərinin və Qaradonlu kənd Uşaq bağçası-körpələr evinin əsaslı təmir edilməsi məqsədilə Azərbaycan Respublikası Nazirlər Kabinetinə rəsmi müraciət edilmişdir.
Hazırda Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin müvafiq Sərəncamları əsasında Aranlı kənd 2 saylı 132 şagird yerlik yeni tam orta məktəb binasının tikintisinin layihə-smeta sənədləri hazırlanaraq tikinti işlərinə başlanılacaq və Muradxanlı kəndində 56 şagird yerlik ümumi orta modul tipli məktəb binasının tikintisi üçün lazımı sənədləşmə işləri aparılır.
Səhiyyə sahəsi üzrə:
Rayonda 9 xəstəxana, 12 həkim məntəqəsi, 29 tibb məntəqəsi və 1 poliklinika, 2 gigiyena və epidemiologiya mərkəzi, 1 taun əleyhinə şöbə fəaliyyət göstərir ki, həmin müəssisələrdə də 161 nəfər həkim və 612nəfər orta ixtisaslı tibb işçisi çalışır. Hazırda rayonun səhiyyə müəssisələrində ayrı-ayrı ixtisaslar üzrə 80 nəfər həkimə ciddi tələbat vardır. 2018-ci ilin birinci rübündə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yaxşılaşdırılması və səhiyyə obyektlərinin maddi-texniki bazasının gücləndirilməsi istiqamətində rayonda müəyyən işlər görülmüşdür.
2018-ci ilin birinci rübündə 621 uşaq doğulmuşdur ki, onların da 98,5 faizi təqvim əsasında profilaktiki peyvəndlərə cəlb olunmuşdur. Nəticədə uşaqlar arasında difteriya, poliomielit və digər yolxucu xəstəliklər qeydə alınmamışdır.
Əhalinin müainəsi üçün 9 həkim briqadası yaradılmış, həmin briqadalar vaxtaşırı ucqar kəndlərə göndərilərək tibbi müainələr aparmış, ehtiyacı olanları müalicəyə cəlb etmişlər. Yolxucu xəstəliklərlə mübarizə daimi nəzarətdə saxlanılmış, bu sahədə müvafiq tədbirlər həyata keçirilmişdir.
Rayonda şəkərli diabetli xəstələrin dərmanla təminatı daimi nəzarətdə saxlanılmış, onlar vaxtaşırı dərmanla təmin edilmişlər. Həmçinin imtiyazlı təbəqədən olan xəstələrin dərman preparatları ilə təminatı daim diqqət mərkəzində saxlanılmış və onlar Səhiyyə Nazirliyi tərəfindən verilmiş dərman və sarğı materialları ilə təmin edilmişlər.
Səhiyyə Nazirliyinin təqvim planına uyğun olaraq Mərkəzi rayon xəstəxanasının dializ şöbəsində hal-hazırda 49 xəstə müalicə alır.
Mədəniyyət sahəsi üzrə:
Mədəniyyət sahəsində rayonda bir sıra işlər görülmüş, belə ki, Mədəniyyət və Turizm şöbəsinin tabeçiliyində olan mədəniyyət müəssisələrinin maddi-texniki təchizatının yaxşılaşdırılması və təmiri istiqamətində müəyyən işlər görülmüşdür. Belə ki, rayon Mərkəzi kitabxanasında, İmişli şəhər Uşaq İncəsənət məktəbində, eləcə də, Mədəniyyət Mərkəzinin dam örtüyündə müvafiq təmir işləri aparılmışdır. İl ərzində matəm, bayram və əlamətdar günlər qeyd olunmuş sərgilər, şəkillərdən ibarət fotostendlər, məktəblərin ifasında ədəbi-bədii kompazisiyalar hazırlanmış və filmlər göstərilmişdir.
Gənclər və idman sahəsi üzrə
Ötən illərdə olduğu kimi hesabat ilində də rayonumuzda gənclərin asudə vaxtlarının səmərəli təşkili və hərbi-vətənpərvərlik tərbiyəsi, onların müxtəlif idman növləri ilə məşğul olmaları üçün müvafiq şəraitin yaradılması-ümumilikdə isə gənclərin layiqli vətəndaş kimi formalaşdırılması istiqamətində həyata keçirilən tədbirlər mütəmadi olaraq rayon icra hakimiyyətinin diqqət mərkəzində saxlanılmışdır. 2018-ci ilin 6 ayı ərzində İdman və Gənclər İdarəsi tərəfindən bir çox işlər görülmüşdür. Belə ki, “Xocalı faciəsi”, “31 Mart-Azərbaycanlıların Soyqırımı”, “20 Yanvar”la bağlı ədəbi-bədii kompazisiya və anım mərasimləri keçirilmişdir. “2 Fevral-Gənclər Günü” və “Novruz” şənliyi ilə bağlı isə Heydər Əliyev adına parkda tədbirlər keçirilmişdir.

Nəqliyyаt sаhəsi üzrə:
6 ay ərzində nəqliyyat sektorunda fəaliyyət göstərən müəssisələr və avtomobil nəqliyyatı sahəsində çalışan fiziki şəxslər tərəfindən 4432900 manat məbləğində və ya ötən ilin müvafiq dövrünə nisbətən 2.8 faiz aznəqliyyat xidməti göstərilmişdir. Nəqliyyat xidmətinin 3282000 manatı yük daşınmasından, 1150900 manatı isə sərnişin daşınmasından yaranmışdır.
Rabitə xidməti üzrə:
2018-ci ilin yanvar-iyun aylarında əhaliyə faktiki qiymət və 289.200 manatlıq və ya keçən ilin müvafiq dövrünə nisbətən 10.3 faiz çox rabitə xidmət göstərilmişdir.
Rabitə xidmətlərinin 264.200 manatı və 91.4 faizi əhaliyə göstərilən pullu xidmətlər təşkil edir.
Ticarət üzrə:
Rayon üzrə ticarət sahəsi demək olar ki, tamamilə özəlləşdirilmiş, ticarət üzrə qeyri-dövlət sektorunun payı 99,9 faiz təşkil etmişdir.
2018-ci ilin birinci yarımili ərzində rayonda pərakəndə əmtəə dövriyyəsi 116.721.000 manat, əhaliyə göstərilən pullu xidmətlərin həcmi isə 23.010.000 manat təşkil etmiş, ötən ilin müvаfiq dövrü ilə müqаyisədə pərаkəndə əmtəə dövriyyəsi 4.5 fаiz аrtmışdır.

2018-ci ilin birinci yarımili ərzində sоsiаl-iqtisаdi inkişafın yеkunlаrının təhlili göstərir ki, rаyоndа iqtisаdiyyаtın bir çox sаhələrinin inkişafı təmin edilmiş, İmişli şəhərində abadlıq-qurucluq işləri həyata keçirilmiş, qarşıya qoyulan vəzifələrin icrаsı istiqаmətində yaxşı nəticələr əldə olunmuşdur.

Bütün bunlarla yanaşı biz bundan sonra da ümummilli liderimiz Heydər Əliyev siyasi kursunun layiqli davamçısı, möhtərəm Prezidentimiz cənab İlham Əliyevin qarşımıza qoyduğu vəzifələrin öhdəsindən ləyaqətlə gəlməyə çalışacaq, dövlətçiliyimizin möhkəmləndirilməsi, iqtisadiyyatımızın gücləndirilməsi istiqamətində bütün qüvvəmizi sərf edəcəyik.
Bolgexeber.com
İmişli rаyоnu İcrа Hаkimiyyəti hesabat verdi
İmişli rаyоnu İcrа Hаkimiyyəti hesabat verdi