loading...
XƏBƏR LENTİ
Neft ucuzlaşıb
16 iyul 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

"Atəşgah Sığorta" vətəndaşın sığorta pulunu vermir (ŞİKAYƏT)

"Atəşgah Sığorta" vətəndaşın sığorta pulunu vermir (ŞİKAYƏT)"Atəşgah Sığorta" ASC növbəti dəfə avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortasına görə həyata keçirməli olduğu sığorta ödənişindən yayınır.

Bolgexeber.com xəbər verir ki, bu barədə "Report"a müraciətində Bakı şəhər sakini İlqar Hüseynov bildirib.

Şikayətçinin sözlərinə görə, bu il iyunun 27-də etibarnamə ilə idarə etdiyi "Toyota Prado" markalı minik avtomobili paytaxtın Heydər Əliyev prospektində VAZ-2109 markalı başqa bir maşın tərəfindən vurulub. Hadisə yerinə qarşı tərəfin icbari sığortaçısı olan "Atəşgah Sığorta"nın əməkdaşları gəliblər.

"Avtomobilə 480 manatlıq ziyan dəysə də, şirkətdən 218 manat ödəniləcəyini bildirdilər. Məcbur olub bu məbləğə razılaşdıq. Amma hələ də, "Atəşgah Sığorta" pulu ödəməyib. Hər gün şirkətə zəng edirəm. Əməkdaşlar əksər hallarda telefona cavab vermirlər. Baş ofisə gedəndə isə araşdırma aparıldığını bildirirlər. Bir sözlə, süründürməçilikdir", - deyə İ.Hüseynov qeyd edib.

"Atəşgah Sığorta"nın baş ofisinə avtomobillə gedib-gəlməyə çəkdiyi xərc artıq şirkətdən almalı olduğu pula bərabərdir. Azərbaycanda bu qədər bərbad xidmət göstərən, müştəri məmnuniyyəti aşağı olan sığortaçı yəqin ki, tapılmaz", - deyə şikayətçi fikrini yekunlaşdırıb.
Bölmə: Gündəm | 13 iyul 2018 13:52 | Baxış sayı: 82





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: