loading...
XƏBƏR LENTİ
Neft ucuzlaşıb
16 iyul 10:03
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün yeni kampaniya elan edir

Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün yeni kampaniya elan edirƏMDK: 16-20 iyul tarixlərində saat 9:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında vətəndaşlara daşınmaz əmlak üzrə səyyar qeydiyyat xidmətləri göstəriləcək

 Əmlak Məsələləri Dövlət Komitəsi əmlakın kütləvi şəkildə yerlərdə qeydiyyatının aparılması ilə bağlı “Əmlakını qeydiyyata al və mülkiyyətinə sahib ol” adlı yeni layihəyə start verir. Bu kampaniya iyulun 16-da Abşeron rayonunun Ceyranbatan qəsəbəsində reallaşacaq. Belə ki, sakinlər 16-20 iyul tarixlərində saat 09:00-dan 17:00-a qədər Abşeron rayonunun Ceyranbatan qəsəbəsinin 20 yanvar küçəsi, 1 ünvanında fəaliyyət göstərən komitənin mobil ofislərinə yaxınlaşa bilərlər. Bu sosial layihə ardıcıl olaraq respublikanın bütün ərazilərini əhatə edəcək. Öncədən elan edilən məkanda fəaliyyət göstərəcək mobil ofislər vətəndaşların xidmətində olacaq. Sakinlər ərazi idarələrinə getmədən bu mobil ofislərə müraciət etməklə bütün növ daşınmaz əmlaklar üzrə səyyar şəkildə qeydiyyat xidmətlərindən yararlana biləcəklər.

Qeyd edilməlidir ki, daşınmaz əmlakın qeydiyyatı sahəsində həyata keçirilən bu sosial kampaniya ilk yenilik deyil. Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən bu prosesdə davamlı yeniliklərin tətbiqi, innovasiyalardan geniş istifadə olunması nəticəsində hazırda vətəndaşlar çıxarışlarını elektron şəkildə də ala bilərlər. Eyni zamanda çıxarışların 1 iş günü müddətində verilməsi də vətəndaş məmnunluğuna istiqamətlənib. Komitə tərəfindən tətbiq olunaraq geniş yayılan, əhali arasında müsbət qarşılanan sosial layihələrdən biri də «Kütləvi çıxarış» kampaniyasıdır. Kampaniya komitənin qeydiyyat xidmətlərini əhalinin birbaşa ünvanlarında, iş yerlərində, kəndli və fermerin əkin sahələrində çatdıraraq onları vaxt itkisi olmadan, operativ şəkildə çıxarış əldə etməsinə imkan yaradır. Komitənin mobil ofis xidmətləri də gündəlik olaraq respublikanın müxtəlif ərazilərinə gedərək fərqli növlərdə qeydiyyat xidmətləri göstərir.
Bolgexeber.com
Əmlak Məsələləri Dövlət Komitəsi vətəndaşlar üçün yeni kampaniya elan edir
Bölmə: İqtisadiyyat | 13 iyul 2018 14:07 | Baxış sayı: 66





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: