Çingiz Abdullayev: "Dünən ən mühüm hadisə baş verdi"
13-07-2018, 14:17
Oxunub: 4 076
“Neftçi” klubunun futbolçuları Avropa Liqasının I təsnifat mərhələsinin Bakıdakı ilk oyununda Macarıstan “Uypeşt”i üzərində 3:1 hesablı qələbəyə görə verilən pul mükafatından imtina ediblər.
“Report” xəbər verir ki, bu barədə paytaxt təmsilçisinin Müşahidə Şurasının sədri Çingiz Abdullayev şəxsi “facebook” səhifəsində yazıb. O, matçdan sonra paltardəyişmə otağında oyunçularla görüş zamanı yaşananları açıqlayıb: “İstənilən cəmiyyətdə əsas dəyişiklik insanların şüurunda olan dəyişikliklərdir. “Qəbələ”dən 8 qol buraxaraq uduzduğumuzu xatırlayıram. Üç gün bazadan getmədim. Həyatım boyu belə xəcalət çəkməmişdim! Dünən "Neftçi" qalib gəldi. Bir qələbə hələ heç nəyi həll etmir. Lakin ən mühüm hadisə baş verdi. Oyundan sonra Müşahidə Şurasının üzvləri və klub rəhbərliyi paltardəyişmə otağına komandanı təbrik etməyə düşdü. Biz elan etdik ki, hamı mükafat alacaq. Bu zaman futbolçular özləri təklif etdilər ki, onlara ödəniş edilməsin! Bildirdilər ki, qarşıda cavab oyunu var. Bax belə! 20 qat Macarıstan çempionu bizi məğlub edə bilər, biz istənilən digər oyunda uduza bilərik. Məğlubiyyətdən Almaniya və ya Braziliya yığmaları da sığortalanmayıb. Amma uşaqlar əsas qələbələrini artıq qazanıblar! Onlar özlərinə hörmət edən peşəkar oldular! Öz meydanlarında keçirdikləri avrokubok matçında məğlub duruma düşsələr də, futbolçular sarsılmadılar, son dəqiqəyə qədər oynadılar və 3 top vurdular! Əsas dəyişiklik insanların şüurundakı dəyişiklikdir! Özü də nəinki futbolda”.
Qeyd edək ki, “Uypeşt” və “Neftçi” komandaları arasında cavab oyunu iyulun 19-da Macarıstanda keçiriləcək.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər