BolgeXeber.Com » Siyasət » “Adnan Oktarın Azərbaycanda adamları varsa, onlarla bağlı mütləq tədbir görüləcək” – Türkiyənin səfiri

“Adnan Oktarın Azərbaycanda adamları varsa, onlarla bağlı mütləq tədbir görüləcək” – Türkiyənin səfiri

13-07-2018, 17:10
Oxunub: 3 022 “Adnan Oktarın Azərbaycanda adamları varsa, onlarla bağlı mütləq tədbir görüləcək” – Türkiyənin səfiri“Azərbaycan və Türkiyə bir millət, iki dövlətdir. Bu bizim münasibətlərin ən gözəl tərəfidir. Təbii olaraq yaxşı şeylər olduğu kimi təəsüf ki, pis şeylər bir-birilə əlaqəlidir”

Minval.İnfo xəbər verir ki, bu sözləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özaral deyib.

O, jurnalist Aqil Ələsgərin “Adnan Oktarın Azərbaycandakı adamları ilə bağlı tədbir görüləcəkmi” sualına cavab verərkən deyib ki, onlarla bağlı tədbir görüləcək:

“Münasibətlərimizi zəhərləyən, xələl gətirən bütün şəxslərə qarşı tədbir görüləcək. Əgər Azərbaycanda da onların adamları varsa, mütləq onlara qarşı əməliyyat keçiriləcək, tədbir görüləcək”.