BolgeXeber.Com » Dünya » Dünyanın ən bahalı şəhəri açıqlanıb

Dünyanın ən bahalı şəhəri açıqlanıb

13-07-2018, 18:18
Oxunub: 2 946 Dünyanın ən bahalı şəhəri açıqlanıbİsveçrənin UBS bankı "Qiymətlər və gəlirlər - 2018" tədqiqatında yaşayış məbləğinə görə dünya şəhərlərinin reytinqini açıqlayıb.

Bu barədə Report Rusiya KİV-nə istinadən xəbər verir.

İsveçrənin Sürix şəhəri 116,8 balla ən bahalı şəhər adına layıq görülüb. Cenevrə ikinci, Oslo üçüncü yerdə qərarlaşıb.

İlk onluğa həmçinin Kopenhagen, Nyu-York, Tokio, Milan, London, Çikaqo və Helsinki daxildir.

Reytinqi tərtib edərkən UBS analitikləri dünyanın 77 şəhərində 128 mal və xidmətlərin qiymətlərini və 15 peşə nümayəndələrinin gəlirlərini müqayisə ediblər.