BolgeXeber.Com » Sosial » Şadlıq saraylarında qiymətlər: 250 azn-ə menyular təklif olunur (VİDEO)

Şadlıq saraylarında qiymətlər: 250 azn-ə menyular təklif olunur (VİDEO)

14-07-2018, 09:25
Oxunub: 3 449 Şadlıq saraylarında qiymətlər: 250 azn-ə menyular təklif olunur (VİDEO)Paytaxtda elə şadlıq sarayları var ki, menyuları 150, 200, hətta 250 manatdır

Təəccüblüsü budur ki, belə restoranların sayı gündən-günə artır. Ancaq cəmiyyətdə bu, birmənalı qarşılanmır. Bəzi vətəndaşlar elə bu qiymətə görə, toylara gedə bilmədiklərini deyirlər. Sosioloqlar da bu halın cəmiyyətə bir sıra mənfi təsirlərinin olacağını deyirlər.
Paytaxtda bahalı xidmət göstərən şadlıq evlərinin sayı artır. Toy etmək istəyənlərə adambaşına 150 manatdan 250 manata, hətta bundan da baha qiymətə menyular təklif edilir.
Bu isə cəmiyyətdə birmənalı qarşılanmır. Əksər vətəndaşlar bu qiymətlərin həddindən artıq şişirdildiyini düşünürlər. Hətta bəzən bu qiymətlərə görə toylara getməkdən imtina edənlər də olur.
Sosioloq Əhməd Qəşəmoğlu restoranların bu cür bahalı menyular təklif etməsini arzuolunan hesab etmir. Onun sözlərinə görə, bu halın sosioloji baxımdan cəmiyyətə bir sıra mənfi təsirləri ola bilər. Sosioloqun fikirincə, cəmiyyətdə maddi dəyərlər mənəvi dəyərləri kölgədə qoymamalıdır.
Bəs görəsən, restoranlarda menyuların bu dərəcədə baha olmasının səbəbi nədir? Ümumiyyətlə restoran işlədənlər bahalı menuların səbəbini nə ilə izah edir?
Sosioloq Əhməd Qəşəmoğlu deyir ki, restoran menyularının qiymətini tənzimləmək üçün xüsusi mexanizmlər hazırlamaq olar. Xüsusən bu sahədə maarifləndirici tədbirlərin görülməsinə ciddi ehtiyac var
Qeyd edək ki, restoranlarda qiymətlərin bu qədər baha olmasından qazanan sadə insanlar yox, elə restoran sahiblərinin özləridir.