BolgeXeber.Com » Siyasət » Pakistanın sabiq baş naziri və qızı həbs edildi

Pakistanın sabiq baş naziri və qızı həbs edildi

14-07-2018, 10:44
Oxunub: 3 039 Pakistanın sabiq baş naziri və qızı həbs edildiPakistanın sabiq baş naziri Nəvaz Şərif və qızı Məryəm Şərif Lahorun hava limanında həbs ediliblər

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, əməliyyatı Milli anti-korrupsiya şöbəsinin əməkdaşları həyata keçiriblər. Həbs edilənlər təyyarə ilə İslamabada göndəriliblər.

Nazirlər Kabinetinin sabiq başçısı və qızı təyyarələri Pəncabın paytaxtında yerə enəndən dərhal sonra saxlanılıblar.

Nəvaz və Məryəm Şərif iyunun 15-dən Londonda qalmaq məcburiyyətində olublar. Səbəb isə Nəvaz Şərifin xərçəngdən əziyyət çəkən həyat yoldaşı Gülsüm Nəvazın səhhətinin kəskin pisləşməsi olub.