BolgeXeber.Com » Gündəm » Kürdəmirin icra başçısı görəvdən alınır

Kürdəmirin icra başçısı görəvdən alınır

14-07-2018, 15:31
Oxunub: 3 049 Kürdəmirin icra başçısı görəvdən alınırKürdəmir Rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun adı son vaxtlar medianın güdəmini əməlli-başlı zəbt edib

Onun qanunsuz əməlləri, törətdiyi özbaşınalıqlar haqda qəzetlərdə, saytlarda çoxlu sayda yazılara rast gəlmək mümkündür.
Rayon sakinləri, o cümlədən idarə və müəssisə rəhbərləri heç vaxt indiki qədər zəlil duruma düşüməyiblər. Rayonda aparılan abadlıq quruculuq işlərinin xərci idarə müdirlərinin boynuna qoyulub. Bir çox təşkilat rəhbərləri Ceyhun Cəfərovun əlindən cana yığılıblar.
Yaranan narazılığın fonunda gözlənilir ki, bu yaxınlarda Kürdəmir rayon icra hakimiyyətinin başçısı Ceyhun Cəfərov tutduğu vəzifəsindən azad edilsin , onun fəaliyyəti yoxlanılsın , icra hakimiyyətində maliyyə pozuntusuna yol verən şəxslər məsuliyyətə cəlb edilsin. Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə öz çıxışlarında bəyan edib ki, hər bir dövlət məmuru vətəndaşlara xidmət etməlidir,sahibkarların normal fəaliyyət göstərməsinə, yerli iqtisadiyyata investisiya qoymalarına mane olunmamalıdır,onlara dəstək olmaz lazımdır. Lakin dövlət başçısının bunca tapşırıq və göstərişlərinə rəğmən, bəzi icra başçıları yerlərdə iş adamlarına gün verib, işıq vermirlər,vətəndaşların şikayətlərinə məhəl qoymur ki,bunlardan da biri Ceyhun Cəfərovdur.
Məlumatlarda deyilir ki, rayonun icra başçısı Ceyhun Cəfərov Kürdəmirdəki iş adamlarının,idarə müdirlərinin yanına adamını göndərərək, onlardan müəyyən məbləğdə pullar tələb edir. Bundan başqa icra başçısının bir çox əmlaklarını satışa çıxarması bildirilir.
Həmin məlumatlarda qeyd olunur ki, Ceyhun Cəfərovun bu addımı atmasının başlıca səbəblərindən biri yaxın vaxtlarda işdən çıxarılacağı ilə bağlıdır. Belə ki, yaxın zamanlarda onun ,doğurduğu narazıçılıq səbəbindən işdən çıxarılacağı bildirilir.

Elə buna görə də, icra başçısı vəzifədən gedəcəyini bildiyindən pulllarını yığmağa başlayıb.