BolgeXeber.Com » Şou-Biznes » Lüks həyat üçün fahişəlik edən qız öldü – Foto

Lüks həyat üçün fahişəlik edən qız öldü – Foto

7-02-2013, 10:20
Oxunub: 4 410 O, intihar etməzdən əvvəl son sözlərini Facebook-da paylaşıb.

Bolgexeber.com-un Türkiyə KİV-lərinə istinadən verdiyi xəbərə görə, Türkiyənin İzmir şəhərində 3 il əvvəl üçüncü mərtəbədən özünü aşağı ataraq şikəst qızı bu dəfəki intihar cəhdindən sonra xilas etmək mümkün olmayıb.

24 yaşlı A.A. sonuncu dəfə otaq kirayələyərək, 1 saat qaldığı 5 ulduzlu oteldə Facebook səhifəsinə bu sözləri yazıb: “Bəzən 3-cü mərtəbə bəs eləmir, ən yaxşısı 6-cı mərtəbədir”. Qız daha sonra otelin 5-ci mərtəbəsindən özünü aşağı ataraq, intihar edib. Onu ölümə aparan səbəblər bu günlərdə ortaya çıxıb.

Polisin gənc qızın ailəsi ilə bağlı apardığı araşdırmaya əsasən, 16 yaşından bəri lüks yaşamaq üçün evi tərk edəndən sonra A.A.-nın bu məqsədlə fahişəlik etməyə başladığı məlum olub.

Adının Aşkın olduğu bildirilən qız otelə gecə 03:30 radələrində gələrək, mehmanxana xidmətçisinə 90 lirə bəxşiş verib və viski istəyib. İçəndən sonra Facebook-da status yazan qız özünü otelin 5-ci mərtəbəsindən aşağı atsa da, bu dəfə onu xilas etmək mümkün olmayıb.