loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR

İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLARÖtən gün Bakı Biznes Universitetində “Wing Chun” Döyüş Sənəti Federasiyasının açılması ilə bağlı mətbuat konfransı keçirilib.

Bolgexeber.com xəbər verir ki, bu döyüş sənəti 10 ildən artıq Azərbaycanda tədris olunmağa başlayıb. Artıq bu ildən etibarən isə federasiya kimi fəaliyyət göstərir.

Tədbirə dəvət olunmuş qonaqlar arasında Bakı Şəhər Baş İdman İdarəsinin rəisi Raqif Abbasov yer alıb. O federasyanın təşkilatçılığı ilə mütamadi olaraq paytaxt və ölkə çempionatlığının keçiriləcəyinin və regionlarda da nümayəndəliklərin yaradılacağını söyləyib:

“İnşallah uğurlarınız bol olar. Bu federasyada yetişən idmançılarımız bütün yarışlarda bizim dövlət himnimizi səsləndirər”.


Daha sonra idarə heyətinin üzvlərinə vəsiqələr təqdim olunub.

Keçirilən mətbuat konfransında federasiyanın gələcək planları və qarşısına qoyduğu məqsədlər haqqında federasiyanın prezidenti beynəlxalq dərəcəli usta Asif Sayadov ətraflı məlumat verib.

Tədbirə dəvət olunmuş qonaqlar arasında millət vəkili Ülvi Quliyev, məşhur idmançılarımız Elnur Məmmədli, Rafael Ağayev, Eduard Məmmədov, Rəşad Əhmədov, Hacı Əliyev, Nizami Paşayev, Şahin İmranov, Elçin Eminov və başqaları yer alıb.
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
İdmançılarımız yeni federasiyanın açılışında – FOTOLAR
Bölmə: İdman | 15 iyul 2018 12:24 | Baxış sayı: 275





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: