BolgeXeber.Com » Xəbərlər » Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb

16-07-2018, 10:00
Oxunub: 1 929 Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılıb2018-ci il iyul ayının 14-dən 16-dək daxili işlər orqanlarında qeydə alınmış cinayət və hadisələr haqqında statistik məlumat açıqlanıb

Bolgexeber.com Daxili İşlər Nazirliyindən göndərilən məlumatı təqdim edir:

- Respublikanın daxili işlər orqanları tərəfindən gün ərzində 177 cinayət faktı qeydə alınmış, onların da 27-si “isti izlər”lə açılmışdır.

- Əvvəlki dövrlərdən bağlı qalmış 3 cinayətin açılması təmin olunmuşdur.

- Axtarışda olduğuna görə ümumilikdə 20 nəfər, o cümlədən borclu şəxs qismində axtarışda olan 8 nəfər saxlanılaraq aidiyyəti üzrə təhvil verilmişdir.

- Respublikanın avtomobil yollarında 11 yol-nəqliyyat hadisəsi baş vermiş, nəticədə 7 nəfər ölmüş, 22 nəfər xəsarət almışdır.

- Daxili işlər orqanları əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində narkotiklərlə əlaqəli 13 fakt müəyyən edilmişdir.

- Cinayət törətməkdə şübhəli bilinən 41 nəfər saxlanılmışdır.