BolgeXeber.Com » İdman » DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu oldu – VİDEO

DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu oldu – VİDEO

16-07-2018, 10:36
Oxunub: 3 556 DÇ-2018: Fransa millisi ikinci dəfə dünya çempionu oldu – VİDEORusiyada keçirilən futbol üzrə dünya çempionatında qalib müəyyənləşib.

Oxu.Az xəbər verir ki, Rusiyanın paytaxtı Moskvada keçirilən finalda Fransa millisi Xorvatiya ilə qarşılaşıb.

Üçüncü dəfə final oynayan Fransa ilk dəfə finalda çıxış edən Xorvatiyadan üstün olub – 4:2.

Bununla da Fransa iyirmi il sonra ikinci dəfə dünya çempionu olub. 1998-ci ildə bürünc medal qazanmış xorvatlar isə ilk dəfə gümüş medallara sahib olub.

Həmçinin Fransanın baş məşqçisi Didye Deşam həm futbolçu kimi, həm də məşqçi kimi dünya çempionu adı qazanıb.

Qeyd edək ki, XXI dünya çempionatının bürünc medallarını İngiltərəni 2:0 məğlub etmiş Belçika əldə edib.