BolgeXeber.Com » Dünya » Ermənistan Azərbaycanı məhkəməyə verdi

Ermənistan Azərbaycanı məhkəməyə verdi

7-02-2013, 10:35
Oxunub: 3 648 Səbəb isə Ramil Səfərovdur

Ermənistan hökuməti rəsmi Bakının Azərbaycan Ordusunun zabiti Ramil Səfərovun işi ilə bağlı qərarından şikayət vermək niyyətindədir. Bunu Ermənistanın ədliyyə naziri Qrayr Tovmasyan parlamentdə bildirib.
Onun sözlərinə görə, hazırda nazirlik bütün istiqamətlərdə genişmiqyaslı hazırlıq işləri aparır: “Bu işlərə təkcə nazirliyin əməkdaşları deyil, ekspertlər də cəlb olunub”. Nazir deputatlara işin detalları barədə ətraflı məlumat verməyin məqsədəuyğun olmadığını vurğulayıb.
Qeyd edək ki, NATO proqramları çərçivəsində Macarıstanın Budapeşt şəhərində keçirilən 3 aylıq ingilis dili kurslarına ezam olunmuş Azərbaycan Ordusunun zabiti Ramil Səfərov 2004-cü il fevralın 19-da kurslarda iştirak edən və mütəmadi olaraq onu təhqir edən erməni zabiti Qurqen Markaryanı qətlə yetirdiyi üçün həbs olunub. Budapeşt Şəhər Məhkəməsinin 13 aprel 2006-cı il tarixli hökmü ilə ömürlük azadlıqdan məhrum edilib. 2012-ci il avqustun 31-də Ramil Səfərov Bakıya ekstradisiya olunub. Həmin gün Azərbaycan prezidenti İlham Əliyev Ramil Səfərovun əfv olunması barədə sərəncam imzalayıb.