loading...
XƏBƏR LENTİ
ƏN ÇOX OXUNULANLAR

SORĞU
 

Saytımızın yeni görünüşü

Əla!
Yaxşı
Normal
Fərq görmürəm
Çox pis!

 
 

Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər (VİDEO)

Bakıda avtobus sürücüləri “avtoşluq” etdilər (VİDEO)Sərnişin avtobusu magistral yolda yüksək sürətlə hərəkət edir.

Saatda 120 ilə gedən avtomobil qarşıdakı sərnişin avtobusuna çata bilmir.Görüntülər Aeroport yolunda lentə alınıb.

Videonu çəkib "Xəzər Xəbər”in vatsap nömrəsinə göndərən sürücü iddia edir ki, Koroğlu Mübadilə Mərkəzindən Bakı kəndlərinə işləyən 136 və 171 nömrəli avtobuslar yolda bir birləri ilə ötüşür.

Görüntülərdən aydın görünür ki, avtobus sürücülərinin ikisi də bir müddət hərəkəti sol zolaqda davam etdirillər.

Sərnişinlər deyir ki, sözügedən avtobuslarda sürət həddinin aşılması artıq adi hala çevrilib.

Qaydalara görə, avtobusların sürəti 90 km/saatdan çox ola bilməz.Minik avtomobilləri üçün isə bu sürət həddi 110 kilometr saat müəyyənləşib.

Ekspertlər bununla bağlı xəbərdarlıq edir. Çünki belə sürücülər sərnişinlərin də həyatını təhlükəyə atır. Əgər avtobusun qarşısına qəfil hər hansı maneə çıxarsa belə bir vəziyyətdə ağır faciənin baş verməsi qaçınılmazdır.

Məsələylə bağlı Bakı Nəqliyyat Agentliyindən isə bildirdilər ki,sözügedən video ilə bağlı məlumat nəzarətə götürülüb və araşdırılır.Qurumdan onu da bildirdilər ki,videoda iddia edildiyi kimi sərnişin avtobusları yüksək sürətlə idarə edilməyib.Belə bir hal aşkarlananda agentlik tədbir görülməsi üçün zəruri addımlar atır.

Bölmə: Sosial | 16 iyul 2018 11:31 | Baxış sayı: 117





ŞƏRH YAZ
Adınız:       E-mail ünvanınız:

Qalın Maili Alt cizgi Üst cizgi | Solda Mərkəzdə Sağda | Gülməcə əlavə et Keçid linki əlavə etQorunmuş keçid linki əlavə et Выбор цвета | Gizli mətn Sitat gətir Seçilmiş yazıları kiril əlifbasına çevir Вставка спойлера
Rəsimdə gördüyünüz kodu daxil edin: