Dəniz suyu uşaqlarda bu xəstəlikləri yaradır - Təhlükə
16-07-2018, 16:08
Oxunub: 3 269
Belə hesab olunur ki, dəniz suyu durğun sulardan fərqli olaraq duzluluğu hesabına xəstəliktörədiciləri məhv edir, öz özünü təmizləyir
Amma bu həmişə belə olmur.
Bolgexeber.com xəbər verir ki, bu sözləri tanınmış pediatr Vaqif Qarayev qeyd edib. O bildirib ki, dəniz sularında duzluluq müəyyən səbəblərdən azaldıqda və xəstəliktörədicilərin miqdarı çox olduqda insanlar, xüsusən də uşaqlar müxtəlif infeksiyalara yoluxur:
“Son vaxtlar uşaqlarda bağırsaq infeksiyalarına, dəridə səpkilərə, konyunktivitə (gözün iltihabına) daha çox rast gəlinir. Dəniz qumundan helmintlərə (qurdlara) və göbələyə yoluxma da mümkündür. Uşaqların ağzına su keçməməsi üçün ciddi nəzarət etmək və qulaqlarını qorumaq üçün xüsusi qulaqcıqlardan istifadə etmək lazımdır. Bundan başqa dəniz qumunun təmizliyinə şübhə varsa, ayaqyalın gəzmək düzgün deyil, çimərlik ayaqqabılarından istifadə olunmalıdır. Çılpaq halda dəniz qumuna uzanmaq tövsiyə olunmur. Təmiz olmayan qum müxtəlif problemlər yaradacaq”.
Çox Oxunanlar
- 23-03-2024, 17:43 : Putin Rusiyada matəm elan etdi
Dünya / Xəbərlər
- 30-03-2024, 18:40 : Kəlbəcərdə silah- sursat aşkarlandı
Xəbərlər / Ölkə
- 6-04-2024, 16:31 : İlham Əliyev sərəncam imzaladı
Siyasət / Xəbərlər
- 13-04-2024, 17:21 : "20 Yanvar" faciəsinin şahidi sökülür?
Xəbərlər / Ölkə
- 25-03-2024, 17:57 : Terror aktından sonra bu şəxslərə nəzarət gücləndirildi
Dünya / Xəbərlər
- 26-03-2024, 17:50 : 14 yaşdan kiçiklər üçün sosial media qadağası
Sosial / Xəbərlər
- 28-03-2024, 13:36 : Məktəblərə işə qəbul üzrə təkrar müsahibə keçiriləcək
Xəbərlər / Ölkə
- 23-03-2024, 15:23 : Bu ərazilərdə yaşayanların NƏZƏRİNƏ
Sosial / Xəbərlər
- 10-04-2024, 15:42 : Misir Mərdanovun səhhətində problem yarandı
Xəbərlər / Ölkə
- 9-04-2024, 17:54 : Türkiyədə ən çox dinlənilən qadın müğənni oldu
Şou-Biznes / Xəbərlər