BolgeXeber.Com » Siyasət » Rusiya və ABŞ prezidentlərinin təkbətək görüşü başladı

Rusiya və ABŞ prezidentlərinin təkbətək görüşü başladı

16-07-2018, 16:49
Oxunub: 2 245 Rusiya və ABŞ prezidentlərinin təkbətək görüşü başladıFinlandiyanın paytaxtı Helsinkidə ABŞ və Rusiya prezidentləri Donald Tramp və Vladimir Putin arasında görüş başlayıb.

Əvvəlcə dövlət başçıları tərcüməçilərin iştirakı ilə tet-a-tet söhbət edəcəklər. Sonra nümayəndə heyətlərinin iştiraklı ilə danışıqlar aparılacaq.

Əsas müzakirə mövzuları ikitərəfli əlaqələr, Suriya və Ukraynada vəziyyət, eləcə də strateji hücum silahlarının ixtisarı olacaq. D.Tramp Rusiyanın ABŞ-dakı 2016-cı il prezident seçkilərinə müdaxiləsi məsələsini də qaldıracağını bildirib.

Hər hansı rəsmi sənədin imzalanması gözlənilmir.

Görüşün yekunlarına dair mətbuat konfransı keçiriləcək.