BolgeXeber.Com » Ölkə » Meşədə ağacları kəsdi, 1700 manat cərimələndi

Meşədə ağacları kəsdi, 1700 manat cərimələndi

17-07-2018, 11:26
Oxunub: 2 983 Meşədə ağacları kəsdi, 1700 manat cərimələndiLənkəran rayonu Təngivan kəndi ərazisində yeşik hazırlanan sexdə qanunsuz yolla əldə olunmuş 21,11 kub metr həcmində fıstıq və qızılağac cinsli işlik meşə materialı aşkar edilib

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən Publika.az-a verilən məlumata görə, Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları faktla bağlı sexin sahibi Lənkəran rayon sakini Rüfət Əsgərov barəsində akt tərtib edib. Ona meşə fonduna dəyən 1769,21 manat məbləğində ziyan tətbiq edilib.

Ziyanın məbləği cinayət tərkibi yaratdığından toplanmış materiallar məsələyə hüquqi qiymət verilməsi və təqsirkar barəsində qanunamüvafiq tədbir görülməsi üçün Azərbaycan Respublikasının Baş Prokurorluğuna göndərilib.