BolgeXeber.Com » Xəbərlər » Bakıda dəhşətli intihar: Qadın özünü binadan atdı – Video

Bakıda dəhşətli intihar: Qadın özünü binadan atdı – Video

17-07-2018, 14:32
Oxunub: 2 475 Bakıda dəhşətli intihar: Qadın özünü binadan atdı – VideoBakı şəhəri Yasamal rayonunda dəhşətli intihar hadisəsi baş verib


Bu barədə sosial şəbəkədə görüntü və xəbər yayılıb.

Məlumata görə, hadisə bu gün səhər saatlarında Yeni Yasamal ərazisində, “Şərur” MTK-ya məxsus binada baş verib. Bina sakinlərinin sözlərinə görə, dünən gecədən binadakı mənzillərdən birində qadın ağlaması eşidilirmiş.

“Dava-dalaş səsi gəlirdi. Sonra bir anda dəhşətli səs gəldi. Və bir nəfər özünü mənzildən yerə atdı”, – deyə şahidlər bildiriblər.

Məlumata görə, həmin qadın özünü binanın 17-ci mərtəbəsindən atıb: “Həyətə çıxdıq. Özünü atan qadın alt geyimində idi. Qonşular üstünə adyal atdılar”.

“Bir azdan qızın anası gəldi. Təəccüblə “bura haradır, mənim qızımın burada nə işi var?” dedi. Mənzərə çox vahiməli idi”, – deyə hadisəni video-lentə alan qonşular bildiriblər.(sputnik.az)