BolgeXeber.Com » Siyasət » Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər

Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilər

20-07-2018, 12:59
Oxunub: 2 425 Keçmiş prezidentin həbs müddəti 30 ilədək artırıla bilərCənubi Koreya Respublikasının Baş Prokurorluğu keçmiş prezident üçün müəyyən olunmuş cəzanın artırılması tələbi ilə apellyasiya məhkəməsinə müraciət edib

Prokurorluq 24 il həbsə məhkum edilmiş keçmiş prezident Pak Kın Xenin həbs müddətinin 30 ilə kimi artırılmasını tələb edib.


Hazırda 24 il həbsə məhkum edilmiş Xe Milli Kəşfiyyat İdarəsinin rəhbərliyindən 3,37 milyon dollar rüşvət almaqda ittiham olunur. Onun işləri tək bununla bitməyib. Belə ki, keçmiş prezident həm də 2016-cı ildə seçkilər zamanı saxta sorğu nəticələrinin elan olunmasına tapşırıq verərək, seçkilərin nəticəsinə təsir etməkdə günahlandırılır.

Qeyd edək ki, Pak Kın Xe öz rəfiqəsinin rüşvət və böyük şirkətlərə təzyiq göstərək pul tələb etməsinə şərait yaratmaqda günahkar bilinib. Onun rəfiqəsi Çxve Sun Sil bu ilin fevralında 20 il həbsə məhkum edilib. Həmçinin, o dövlətə 16,6 milyon dollar məbləğində cərimə ödəməlidir.(Modern.az )