BolgeXeber.Com » Xəbərlər » Hərbi xidmətdən tərxis olunmuş gənclərlə Heydər Əliyev Mərkəzində görüş-Hacıqabulda

Hərbi xidmətdən tərxis olunmuş gənclərlə Heydər Əliyev Mərkəzində görüş-Hacıqabulda

20-07-2018, 16:17
Oxunub: 2 822 Hərbi xidmətdən tərxis olunmuş gənclərlə Heydər Əliyev Mərkəzində görüş-Hacıqabulda20.07.2018-ci il tarixində Hərbi xidmətdən tərxis olunmuş gənclərlə Hacıqabul rayon Heydər Əliyev Mərkəzində görüş keçirildi

Ulu Öndər Heydər Əliyevin abidəsi önünə gül-çiçək dəstələri qoyulduqdan sonra tədbirin rəsmi hissəsi dəyirmi masa ətrafında davam etdirildi.Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Hacıqabul rayon şöbəsinin rəis polkovnik-leytenant Nurlan Abbasov tədbiri açıq elan etdi.Azərbaycan Himni səsləndirildikdən sonra çıxışlar başladı.Əvvəlcə polkovnik-leytenant Nurlan Abbasov çıxış edərək Hərbi xidmətdən tərxis olunmuş gəncləri təbrik etdi. Sonra rayon İcra Hakimiyyətinin Başçısı cənab Əhməd Muxtarov, Böyük Vətən müharibəsi Veteranları İçtimai Birliyinin Hacıqabul Rayon şöbəsinin rəisi Əlibala Rəsulov və Hacıqabul rayon Gənclər və İdman idarəsinin rəis müavini Zimistan Qurbanov geniş məruzə ilə çıxış edib gəncləri təbrik etdilər. Tədbirin sonunda Hərbi xidmətdən tərxis olunmuş bir neçə gənc mükafatlandırıldı.
Bolgexeber.com
Hərbi xidmətdən tərxis olunmuş gənclərlə Heydər Əliyev Mərkəzində görüş-Hacıqabulda
Hərbi xidmətdən tərxis olunmuş gənclərlə Heydər Əliyev Mərkəzində görüş-Hacıqabulda